Impera

XƏBƏR LENTİ
19:30Minimum əmək haqqı artırıldı17:26Bu gün Mübariz olduğun Gündür16:54128,7 kiloqram heroin aşkar edilib16:33Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı ordu və birləşmələri Ordumuzun ən güclü istinadlarındandır15:58Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi hesabat verdi-VİDEO15:29Təhsil naziri Şəkidə vətəndaşları qəbul edəcək14:47400 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib14:08Bu günə qədər 392451 hektar sahədə taxıl biçini aparılıb13:48Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edildi13:30“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəməsddin Eldənizə həsr edilib13:10“Azərişıq” məktəblilər üçün ekskursiya təşkil edib13:00Valideynlərlə məktəb arasında ünsiyyət platforması daha da genişləndirilib12:48Azərbaycanlı kiqboksçu Alim Nəbiyev bu dəfə Parisdə qüvəsini sınayacaq12:41Rusiya Azərbaycanlıları İttifaqı növbədənkənar iclasını keçirib12:20Qlobal İctimai Nəqliyyat Sammiti keçirilib12:12Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 297652 fermer qeydiyyatdan keçib11:56Pərvanə xanımın acı həyat hekayəsi bizim diqqətimizi bir daha Azərbaycanda tibbi sığorta məsələsinə yönəldib11:45Astara rayonunda 5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur11:35Kümçülər 565,02 yaş barama təhvil veriblər11:20Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi11:05Sabah hava küləkli olacaq11:00İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edəcək10:56Bakı-Quba-Rusiya avtomobil yolunda təmir işləri aparılır10:50İctimai nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib10:30Xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir10:14Bu ərazilərdə diqqət olmaq lazımdır09:46İşə qəbul üzrə 1350 vakansiya təqdim olunub09:40Düşmən snayperlərdən müntəzəm şəkildə istifadə edir09:00“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib08:30800 yerlik müasir yataqxana kompleksi tikilib14:30Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı14:06İyunun 22-də “Açıq qapı” günü keçiriləcək14:03338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib13:42Türkiyəli hərbçilərin təntənəli yola salınması mərasimi keçirilib-VIDEO13:13Həbsxana satışa çıxarıldı12:53Bu yollarda rəngləmə işləri aparılacaq12:45300 məktəbə yeni direktor təyin edilib12:40“Virtual Qarabağ” IKT Gənclər ictimai birliyi və Google şirkətinin Google Mədəniyyət İnstitutu tərəfdaş oldu12:30Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib12:25“Carlsberg Azerbaijan” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşılıqlı anlaşma haqqında memorandum imzaladı12:192018-2019-cu tədris ilində 8553 müəllim işə götürülüb, 300 məktəbə yeni direktor təyin edilib12:06“MicroPlus” “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının hesablanması üzrə rəsmi tərəfdaşı seçildi11:55165 mindən çox uşaq birinci sinfə gedib11:30AQTA enerji içkiləriiləbağlı qaydaları müəyyənləşdirdi11:17“Türk Hava Yolları” yeni istiqamətlərə uçuşlar həyata keçirəcək11:00Fuad Muradovun Baltikyanı ölkələrə səfəri başa çatıb10:55Böyük Britaniya dərgisində azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında məqalə dərc edilib10:30Aytən Səfərova xəsarət yetirdiyi xəstəyə barışıq təklif edib10:13Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar09:55Qax və Balakən rayonlarında vətəndaşların qəbulu keçiriləcək09:432018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514 şagird bitirir09:25Düşmən 19 dəfə atəşkəsi pozub09:02Nazirdən məzunlara təbrik mesajı15:51“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib15:29Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilir14:5715 iyundan başlanan yol14:15Bakıda dağlıq ərazidə yanğın başlayıb14:00BŞTİ-nin tabeliyində 318 məktəb fəaliyyət göstərir13:40“Tullantılara ikinci həyat” - maarifləndirici tədbirlər keçirilir13:3150 minə yaxın müraciət daxil olub13:11Hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən təxribatı uğursuzluqla nəticələnib - VİDEO13:00Ola bilsin Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var12:54“Kaspersky Lab”: istifadəçilərin yalnız 28%-isənədlərinin təhlükəsizliyini yoxlayır və lazımi dəyişikliklər edir12:49“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb12:22Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?10:14Paytaxt təhsili 2018-2019-cu tədris ilini uğurla başa vurur10:00Energetika Nazirliyinin rəhbərliyi şimal zonasında vətəndaşları qəbul edəcək09:50AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?09:37Atəşkəs rejimi 15 dəfə pozulub09:00Fuad Muradov Latviyaya səfər edib08:50Doğum günün mübarək olsun, ŞƏHİD!08:43Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi08:30Türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib18:05Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib17:39Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib17:10AzTU Elmi Şurasının növbəti iclası keçirilib16:41Yevlaxda “Ət, süd və arıçılıq məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair regional konfrans keçirili16:35Murad Köhnəqala həbs edilib16:26“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib16:10Komitə rəhbərliyi vətəndaşları qəbul edib16:00Şuranın dəstəyi ilə Qusarda cüdo üzrə turnir keçirilib15:46Bu günə qədər 235159 hektar sahədə taxıl biçini aparılıb15:35Kommunal xidmətlərə qoşulmaya dair sahibkarların sualları cavablandırılıb15:11Naftalanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır14:51Energetika naziri Pərviz Şahbazov Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib14:45“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 135836 istehlakçıya xidmət edib14:30Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb13:52Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar konfransı və sərgisi keçirilir13:27Bu günə qədər gümçülər 313,13 ton yaş barama təhvil veriblər13:10Bu yollarda diqqətli olmaq tövsiyə edilir12:50Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib12:43“Təhsil Liqası”na yekun vurulub12:30Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb12:12Millət vəkili Eldəniz Səlimov seçicilərlə görüşüb12:05İngilis Dili Olimpiadası başa çatıb12:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur11:54Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb11:35Bərdədə pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib11:08Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupu ilə birgə seminarlar keçirib11:00Gənc bioloqların yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib
BÜTÜN XƏBƏRLƏR
Haziran 2019 (338)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)
Şubat 2019 (329)
Ocak 2019 (397)

«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

12 May 2019, 18:05   
Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib


Newscenter.az.12.06.2019.
11-12 iyun tarixlərində Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə DQİDK və ŞİH-in rəsmi nümayəndələri, şəhərin idarə, müəssisə, təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mingəçevir ŞİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tərlan Əliyeva ölkədə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda keçirilən silsilə tədbirlərin önəminə toxunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə aparılan ardıcıl və sistemli işi yüksək qiymətləndirdiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova təqdimatında dini maarifləndirmə işinin əhəmiyyəti və bu prosesində qadınların rolu barədə danışıb. Bildirib ki, dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını almaq, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativinin olmadığını qeyd edən E.Kərimova bir çox ziyalı xanımlarımızın ötən əsrin əvvəlində ölkəmizdə mədəni-maarifçilik hərəkatına böyük töhfələr verdiyini xatırladıb. Azərbaycan qadınının tarixən müdriklik, müqəddəslik simvolu olduğunu, iti zəkası, dərin düşüncəsi ilə dövlətçilik işində də, mədəni inkişafımızda da müstəsna xidmətlər göstərdiyini deyən natiq cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında xanımların xüsusi rolu olduğunu deyib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənc nəslə ötürülməsində aparıcı qüvvə olan qadınlarımızı bu işdə daha da aktiv olmağa səsləyib.

Daha sonra DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva sosial şəbəkələrdə radikal dini qrupların apardığı dini təbliğatın məqsədi, metodları barəsində ətraflı məlumat verib. Vurğulayıb ki, internetin insan həyatında əhəmiyyəti artdıqca, bu imkanlardan sui-istifadə halları da artır. Sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib. Yaqut Əliyevanın sözlərinə görə, ekstremist və terrorçu qruplar sosial şəbəkə istifadəçilərini öz sıralarına cəlb etmək üçün əsas vasitə kimi təbliğatdan istifadə edirlər. Ucuz və effektli təbliğat vasitəsi olan sosial şəbəkə platformalarında heç bir fiziki güc və əlavə resurs sərf etmədən özlərinə tərəfdar toplaya, istifadəçiləri terrorçuya çevirə bilirlər. Məhz bu səbəbdən cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər dinlə bağlı məlumatlar əldə edərkən, onun mənbəyinə, mahiyyətinə, mövzunun ehtiva etdiyi mənalara diqqət etməlidirlər. Çünki dinlə bağlı düzgün olmayan, həqiqəti əks etdirməyən məlumatlar insanları, xüsusən gəncləri yanlış yönləndirə, radikal dini cərəyanların, qrupların təsiri altına sala bilər. Şöbə müdiri əlavə edib ki, valideynlər bu məqama diqqət yetirməli, məktəblilərin, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə ciddi nəzarət etməlidirlər.

DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə xurafatın zərərləri haqqında təqdimatla çıxış edib. Xurafatın İslamın təməl prinsiplərinə zidd olmaqla dini dəyərlərə ziyan vurduğunu deyən natiq bu bəla ilə mübarizənin ən effektiv yolunun maarifləndirmə, təhsil olduğunu vurğulayıb.

İkigünlük regional konfrans müzakirələrlə öz işini yekunlaşdırıb.
OXŞAR MÖVZULAR