Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Mübariz olduğun Gündür

 Bu gün Mübariz olduğun Gündür


Newscenter.az.18.06.2019. Adaşım, bu gün Sənin Şəhidlik zirvəsinə yüksəlməyindən düz 9 il ötür. Bu gün Mübariz olduğun Gündür. 9 il əvvəl Sən yenidən düşmənlərə sübut etdin ki, Azərbaycan əsgəri onları əzib keçər və heç kim, heç bir qüvvə bizim qəhrəman əsgərlərin qarşısını ala bilməz.

Bu Xalq öz vətənini göz bəbəyi kimi qoruyan və canını fəda edən on minlərlə gənç yetişdirib. Tariximiz boyu igid qəhrəmanlarımızla fəxr etmişik. Bu gün o fexri Sən bizə Şəhid olaraq yaşatdın. Biz də Sənin simanda bütün Şəhidlerin ailələrini göz bəbəyimiz kimi qoruyub yaşatmalıyıq.

Bəzi rüşvətxor məmurlar da bilməlidir ki, yaşadıqlarına görə Şəhidlərimizə can borçları var və bu borcu ödəməlidirlər. Canla, başla! Adaşım, bu gün hamı Səndən danışır. Və bu gün Səndən düşmən də çox danışacaq. Çünki onlara çəkdiyin o dağı onlar əsirlər keçsə də, unutmayacaqlar. Biz də Şəhidlərimizi heç vaxt unutmayır və unutdurmayacayıq! Ruhun şad olsun Mübariz!
Mübariz Mənsimov, "Palmali" Şirkətlər Qrupunun prezidenti
Xəbəri paylaş