Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.27.06.2019. Təhsil naziri Ceyhun Bayramov iyulun 5-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Xaçmaz, Siyəzən və Şabran rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə həmin tarixdə Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini qəbul edəcək. Qəbulda Quba və Qusar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar 27-30 iyun və 1, 2 iyul (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
R.Mehdiyeva
Xəbəri paylaş