Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOB-lar I Sənətkarlıq Festivalında iştirak edir



Newscenter.az.4.07.2019
. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda ilk dəfə olaraq keçirilən I Respublika Sənətkarlıq Festivalında təmsil olunur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, KOBİA-nın tərəfdaşlığı ilə keçirilən festivalda paytaxt və regionlardan olan 100-dən çox sənətkar öz əl işlərini nümayiş etdirir.

Newscenter.az-a bildirilib ki, festivalda iştirak edən sahibkarlara Agentliyin KOB dostları tərəfindən biznesin qurulması və genişləndirilməsi üçün məsləhət xidmətləri göstərilir, KOB-lar Agentliyin fəaliyyəti, mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılır, onlara maarifləndirici bukletlər paylanılır.

Tədbir çərçivəsində KOBİA tərəfindən sənətkarlıqla məşğul olan sahibkarların ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi üçün sorğuların keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, I Respublika Sənətkarlıq Festivalı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil olunub və iyulun 7-dək davam edəcəkdir.


Xəbəri paylaş