Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Ağçiçəyim" yandi



Newscenter.az.8.07.2019. Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ağçiçəyim" gül mağazasında baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını və 20-dək canlı qüvvəsi cəlb olunub.

Yanğın səhər saat 06:30 radələrindən başlayıb. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır.
Xəbəri paylaş