Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Din araşdırmaları” jurnalı dərc olunub


Newscenter.az.8.07.2019. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının ikinci sayı dərc edilib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, baş redaktoru İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları jurnalı”nın məqsədi ölkəmizdə və dünyada din araşdırmaları sahəsində araşdırma aparan alim və tədqiqatçıların məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. İldə iki dəfə dərc olunan jurnalın növbəti sayında 30 məqalə nəşr edilib. Din sosiologiyası, din psixologiyası, islam məzhəblər tarixi, hədis, təfsir, kəlam, tarix, fəlsəfə, din təhsili, dilşünaslığa dair qələmə alınmış elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilmişdir. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış təhsil müəssisəsidir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə xüsusi əhəmiyyət verir. Qeyd edək ki, akademik nəşrlər hər bir ali təhsil müəssisəsinin elmi fəaliyyətinin əsas göstəricilərindəndir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.
Xəbəri paylaş