Impera

XƏBƏR LENTİ
10:10Cəlilabad-Yardımlı yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşır09:29Atəşkəs rejimi 16 dəfə pozulub08:50Fizuli Məmmədovdan Azərbaycan jurnalistlərinə təbrik mesajı13:35Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək12:59Festivalla bağlı daşımalar başladı12:23Jurnalistlərin Şəkiyə mediaturu təşkil edilib-FOTOLAR12:03Zərurət yaranacağı təqdirdə Metropoliten ehtiyat qatarlar xəttə buraxılacaq11:35Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanıb10:30İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb10:00“Azəriqaz”da təcili səyyar xidmət yaradıldı09:46BDU beynəlxalq reytinq agentliyinin sıyahısında09:30Atəşkəsin pozulması halları intensivləşdi16:15Xaçmazda “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib15:41İlk Carlsberg Summer Cup futbol turnirinin qalibi müəyyən oldu15:23Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolu yenidən qurulur14:51STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib14:18“Rusiya-Azərbaycan münasibətlərində diaspor amili: KİV-in rolu və müasir proseslər” mövzusunda tədbir keçirilib-FOTOLAR14:00AQTA FAO ilə birlikdə yeni layihənin icrasına başlayır13:44Siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb13:28Şəmkirdə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb13:02Arıçılara 4265330 manat subsidiya veriləcək12:55Əli Kərimlinin "vətənpərvər"lik damarı tutub12:42Azərbaycanla Gürcüstan arasında strateji dostluq münasibətləri möhkəmdir11:58“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib11:18Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib10:49Avropa Komissiyasının rəhbəri bəlli oldu09:55Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başlayıb09:40Cəbhədə nisbi sakitlikdir09:00Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib21:09İsraillə vergi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib20:02Dövlət Komitəsində Rusiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib19:48Azərbaycanla İtaliya arasında tibbin inkişafı və gələcək əməkdaşlığın qurulmasına dair görüş keçirilib19:15“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək18:35Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir18:00Rusiya Azərbaycanlıları İttifaqının qətiyyətli addımlarından sonra MeqaFon şirkəti bir daha belə bir addım atmaz-VİDEO17:42Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır17:00Azərbaycan və Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub17:00Azərbaycanda bu günədək 3086495 ton taxıl yığılıb16:45İqtisadiyyat naziri Əfqanıstan nümayəndə heyəti ilə görüşüb16:08Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb15:28ATXƏM nümayəndə heyəti İqdırda "15 temmuz Milli Birlik və Demokrasi günü" tədbirlərinə qatılıb-FOTOLAR14:27Irandan Azərbaycana keçən qadının al paltarından "metadon" həbləri aşkar edildi14:09Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulur13:45Sabahın hava proqnozu açıqlanıb13:02Milli Qəhrəman Zabit Quliyev ziyarət olunub12:13Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub10:44RAİ-nin mətbuat xidmətinin rəhbəri cəbhə bölgəsində yaşayan gənclərlə görüşüb10:19Pedaqoji mühazirələrin nəticələri bəlli olub10:05Keşikçidağ məbədi ətrafında baş verənlər təxribat deyil09:33Təmas xəttində nisbi sakitlikdir18:17Azərbaycan və Gürcüstan məcburi strateji ortaqdırlar18:14Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib17:40Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir17:37Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb17:08Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb və izahat istənilib16:50Azərbaycan güclü olmağa məhkumdur16:42İdmançı və məşqiçilərlə görüş keçiriləcək16:26QHT sədri 15 iyul şəhidinin ailəsinə baş çəkib16:09Dövlət Gömrük Komitəsinin Akademiyasında ixtisasartırma təlimlərinə qatılan növbəti gömrükçü qrupu ilə görüş keçirilib.15:43Binəqədi rayonunda “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib15:31AQTA magistr təhsili almaq üçün qəbul olunmuş şəxslərə müraciət edir15:17Rusiya Azərbaycanlıları İttifaqı MeqaFonu səhvini düzəltməyə mıəcbur etdi15:03Salyanda uzunluğu 17.2 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur14:46Azərbaycan dünya ölkələri arasında öz mövqeyini daha da möhkəmləndirir14:15“Türk Hava Yolları” qitələrarası uçuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir13:18Sabah hava necə olacaq?13:03Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi13:00Qubada kütləvi zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib12:41Vətəndaşın çantasında və üzərində mobil telefonlar aşkarlanıb12:34Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı12:21Türkiyə Aralıq dənizində təbii qaz rezervi aşkarlayıb12:08AQTA-nın jurnalnın ilk nömrəsi çapdan çıxıb11:56BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib11:43Mübariz Qurbanlı Amerikaya səfərə gedir11:36DANX nümayəndələri sürücülərin peşə hazırlığı üzrə Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar11:20Energetika Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:34Qaxda zəlzələ olub10:27Quba və Xaçmazda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib10:13RAİ:“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”10:00Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son vəziyyətini açıqlayıb09:45Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub09:29Cəbhədə nisbi sakitlikdir09:00İntizamlı məhbuslara həbsxana kameralarının açarları veriləcək15:57Azərbaycan və Türkiyə QHT-ləri əməkdaşlıq protokolu imzaladı-FOTOLAR15:30“Heydər Əliyev: dəyərlərimizin keşiyində” adlı sənədli film hazırlanıb14:47ƏDV bəyannamələrini vergi orqanları dolduracaq13:32“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştırakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda12:44Su-25 hücum təyyarələrinin döyüş atışlı uçuş məşqləri keçirilib-VİDEO12:28Biznesin inkişaf etdirilməsi mövzusunda görüş keçirilib12:00Rusiya nə qədər Türkiyə ilə yaxınlaşsa da, Moskva Ankaranı Cənubi Qafqazda yaxın buraxmayacaq11:40Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyətini örnək kimi təbliğ etmək lazımdır-VİDEO11:03Güclü külək dalğanın hündürlüyünü 4,7 metrə çatdırıb10:51Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub10:25Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il09:33Təmas xəttində nisbi sakitlikdir20:46“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb20:09BNA-dan küləkli hava ilə bağlı xəbərdarlıq19:21Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir18:20“Kənddən Şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib16:48Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ulu öndəriun xatirəsini yad edib
BÜTÜN XƏBƏRLƏR
Temmuz 2019 (392)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)
Şubat 2019 (329)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Taxıl sahələrinin biçindən sonra yandırılması məhsuldarlığın azalmasına səbəb olur

09 İyul 2019, 16:24   


Newscenter.az.9.07.2019. Dağlıq və dağətəyi bölgələr istisna olmaqla ölkə ərazisində taxıl biçini yekunlaşmaq üzrədir. Ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər.

Bu gün əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan kövşənliyi, yığılmamış samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olduğunu güman edirlər. Halbuki, kökündən yanılırlar. Əksər kənd təsərrüfatı məhsul istehsalçıları XXI əsrdə belə əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə qayda ilə sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

Bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərin ən vacib resurslarından biri hesab olunur. Halbuki, onlarla düzgün və səmərəli davranmaq torpağın münbitliyini artırmaq, strukturunun, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Günümüzün reallığıdır ki, ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə material və əmək xərcləri tələb etdiyindən bitki qalıqları “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yalnış təsəvvürlərə malikdir. Kövşənliyin və digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, o həmçinin pulların havayı sovrulması, sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir.

Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Belə ki, kövşənliyi və ya samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir etməsinə gətirib çıxarır. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Kövşənliyin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur.

Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Bu temperaturda torpağın 0-5 sm qatında humusun yanması, 10 sm qatında isə suyun buxarlanması baş verir. Kövşənliyin yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə müqayisədə daha az məhsul götürür.

Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri var. Bu isə kövşənliyin və ya samanın yandırılmayaraq torpaqda qalmasının iqtisadi baxımdan nə qədər əhəmiyyət kəsb etdiyini sübut edir. Sahənin yandırılması qida maddəsilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir. Bildiyimiz kimi, təbii torpaq biotası çox faydalılıq xüsusiyyətinə malikdirlər. Məsələn, 1 parabüzən özünün inkişaf prosesində 400-dən 2000-nə qədər mənənə fərdini məhv edir. Bitki qalıqlarının yandırılmasına dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, dənli bitkilərin əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.

Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.

Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir.

Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımıııdan zərərlidir və yuxarıda qeyd edildiyi kimi, torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasma gətirib çıxarır. Sahənin yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur.

Eyni zamanda, biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar.

Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmağı tövsiyə edir.



Cavanşir Təlai

Əkinçilik ET İnstitutunun direktoru
OXŞAR MÖVZULAR