Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyi və BMT İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb



Newscenter.az.11.07.2019. Energetika naziri Pərviz Şahbazovla Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, energetika naziri Pərviz Şahbazov bildirib ki, Millətlər Təşkilatının İnkişaf Proqramı ilə əməkdaşlıq ümümi maraqlarımıza cavab verən prioritetlərin reallaşmasına və energetika sektorunda islahatların aparılmasına töhfə verəcək.BMT İnkişafProqramının Rezident nümayəndəsi Alessandro Frakassettiisətəmsil etdiyi qurumun fəaliyyətində enerji sahəsinin mühüm istiqamətlərdən biri olduğunu,energetika sektorunda qlobal və milli səviyyədə məsələlərin həllinə lazımi dəstəyin veriləcəyini bildirib.

Görüş zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi vəBMT İnkişaf Proqramı arasında Niyyət Protokolu imzalanıb.

Niyyət Protokolunda Azərbaycanınenerji dayanıqlığının təmin edilməsi, iqlim dəyişmələri, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, emissiyaların azaldılması və ətrafmühitin qorunmasıkimi layihələrin həyata keçirilməsindəBMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz əksini tapıb. Həmçinin, bu sənəddə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan RespublikasıPrezidentinin müvafiq Sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsində BMTİP ilə əməkdaşlığın daha da genişləndirilməsinəzərdə tutulur.
1992-ci ildən Azərbaycanda fəaliyyətə başlayan BMTİP ölkəmizdə inkişaf yönümlü bir sıra layihələr həyata keçirməkdədir.
Xəbəri paylaş