Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin Akademiyasında ixtisasartırma təlimlərinə qatılan növbəti gömrükçü qrupu ilə görüş keçirilib.



Newscenter.az.15.07.2019. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov gömrük əməkdaşlarını salamlayaraq onları ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Bildirilib ki, görüş ənənəvi olaraq keçirilir və təlimlərin daha uğurlu keçməsi üçün qarşılıqlı fikir mübadiləsinin aparılması məqsədəuyğundur.

Newscenter.az xəbər verir ki, ixtisasartırma təlimlərinin dinləyicilərinə təqdim olunan proqramın məzmunundan da söz açan Akademiya rəisi qeyd edib ki, müasir tələblərə cavab verən modern gömrük sistemi istər texnologiya, innovasiyalar, istərsə də normativ baza baxımından davamlı inkişaf edir.

Qulu Novruzov çıxışında peşəkarlığın artırılması istiqamətində gömrük əməkdaşları qarşısında yeni tələblər qoyulduğunu vurğulayıb, gömrük orqanlarında aparılan islahatların əhəmiyyətinə də toxunub.

Akademiya rəisi görüşün sonunda təlimdə əldə ediləcək biliklərin gömrük prosedurlarının daha operativ və yüksək səviyyədə təşkili işinə fayda verəcəyinə əmin olduğunu bildirib, seminar iştirakçılarına uğurlar arzulayıb.

Sonda bir sıra suallar ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, ixtisasartırma təlimlərinin məqsədi gömrük orqanlarında çalışan əməkdaşların peşəkar inkişafını təmin etməkdir. Gömrük orqanlarında çalışan əməkdaşlar üçün bir aylıq ixtisasartırma təlimlərinin hazırkı qrupunda 55 nəfər gömrük xidməti əməkdaşı təmsil olunur.
Xəbəri paylaş