Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İntizamlı məhbuslara həbsxana kameralarının açarları veriləcək



Newscenter.az.15.07.2019
. Britaniya hakimiyyəti məhbusları yaxşı davranmaları üçün həvəsləndirməyə qərar verib.

"Report" xəbər verir ki, bu barədə krallığın Ədliyyə Nazirliyinə istinadən "The Guardian" yazıb.

Qeyd edilir ki, xüsusi hallarda həbsxanaların rəhbərliyi məhkumlara onların kameralarının açarlarını verəcəklər. Həmçinin məhbuslar nümunəvi davranışlarına görə mükafat kimi daha uzun müddətli görüşlərə buraxılacaqlar.

Azadlıqdan məhrum edilənlər habelə özləri üçün sərbəst yemək hazırlığı, idman zalına daha çox baş çəkmək, həmçinin duş qəbul etmək vaxtını seçmək imkanı əldə edəcəklər.

Bəzilərinə həmçinin onlar istədikləri vaxt kameraların qapılarını bağlamağa icazə verilə bilər.
Xəbəri paylaş