Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU beynəlxalq reytinq agentliyinin sıyahısında

BDU beynəlxalq reytinq agentliyinin sıyahısında


Newscenter.az.19.07.2019. Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.

Bu barədə məlumat Newscenter.az-a qurumun mətbuat xidmətindən daxil olub. Bildirilib ki, “QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.

Qeyd edək ki, Bakı Dövlət Universiteti , eyni zamanda, ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu.
Xəbəri paylaş