Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb



Newscenter.az.19.07.2019. Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyənin Bursa şəhərinə “Yay məktəbi”nə yola düşüb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov “Yay məktəbi”nə gedən tələbələrlə görüşərək, onlara uğurlar arzulayıb. Tələbələrə öz tövsiyələrini verən C.Məmmədov gənclərin ölkəni və Azərbaycan İlahiyyat İnstitutunu layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib.

Rektor tələbələri “Yay məktəbi” müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. Onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib. Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.

Daha sonra tələbələr “Yay məktəbi”ndə onlar üçün təşkil edilən proqramın gündəliyi ilə tanış olublar. Qeyd edək ki, gənclərə bu müddət ərzində müxtəlif dərslər keçiləcək, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün tarixi abidələrə, məscidlərə ziyarətlər təşkil olunacaq.

“Yay məktəbi” Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında əldə edilmiş razılığa əsasən baş tutacaq.
Xəbəri paylaş