Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad sözün, jurnalistlərin hamisi

 Azad sözün, jurnalistlərin hamisi



Heydər Əliyev: "Mətbuat cəmiyyətin güzgüsüdür"

Prezident İlham Əliyev: "Azərbaycanda söz, mətbuat azadlığı təmin edilib"

Newscenter.az.22.07.2019
. Demokratik dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə yüksə diqqət göstərmiş, inkişafı üçün ciddi və prinsipial addımlar atmışdır.

1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləmişdir. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə mənzillərin verilməsi. mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması atılan addımlar sırasındandır. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir.

Ölkəmizdə söz, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyev həm də jurnalistlərin ən yaxın dostudur. Dövlətimizin başçısının son on ildə iki dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.

Bu gün azad sözə və müstəqil medaiya yaradılmış əlverişli imkanlar obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxarmışdır.
Vaqif Abdullayev-Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş