Impera

XƏBƏR LENTİ
16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"22:12Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib21:52Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb21:00Ağstafada mikroavtobus aşıb, xəsarət alanlar var20:27Ermənilər arxayındırlar ki, Azərbaycan tərəfi bəyanat verməkdən o tərəfə başqa heç bir real addım atmayacaq18:36Qazıntı işləri 4 kəndi qazsız qoydu17:09“Şəhərdən Kəndə” layihəsi çərçivəsində diplomatik korpus nümayəndələri üçün “Nar vadisi” aqroturu təşkil olunub-FOTOLAR16:43Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilir16:30Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib16:07Prezident bu icra başçısı ilə bağlı sərəncam verdi15:34Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (392)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Doğma torpaqlarımız düşmən işğalında olarkən, yad torpaqlar uğrunda vuruşmağın heç bir məntiqi əsası yoxdur

23 İyul 2019, 12:05   


Newscenter.az.23.07.2019
. Məni bu statusu yazmağa şərtləndirən bir gün intervalla eyni məzmunda yazılmış iki müraciət məcbur etdi. Şərti olaraq “Analar fəryadı” adlandırsaq hesab edirəm ki, vəziyyətin nə dərəcədə ağrılı olduğunu təsəvvür etmək olar. 2011-ci ildən başlayaraq Yaxın Şərq regionunda baş verən hadisələrlə bağlı Suriyada döyüşmək üçün 900-ə yaxın Azərbaycan vətəndaşı qeyri-qanuni yollarla vətəni tərk etmişdir. Bu insanlar konkret olaraq vətənimiz üçün heç bir siyasi, iqtisadi, dini ideyalara söykənməyən və yaxud dövlət təhlükəsizliyimizə bağlı, əsası olmayan, supergüclərin maraqlarının toqquşduğu müharibədə özləri belə anlamadan bir alətə çevrilmişlər. Bir çoxları həlak olmuş, əsir düşmüş, ən acınacaqlısı isə odur ki, özləri ilə həyat yoldaşlarını və azyaşlı uşaqlarını da aparmışlar. Ailə başçısını itirdikdən sonra cahil radikal islamçıların düşərgələrində bədbəxt qadınların və uşaqların cəhənnəm həyatını illər keçdikcə onların aldığı təlim, tərbiyə, mənimsədiyi dəyərlər normal cəmiyyət üçün nə qədər münasib olduğunu təsəvvür belə etmək çətindir. Mənə elə gəlir ki, bu barədə dərindən düşünmək lazımdır. Yuxarıda qeyd etdiyim müraciətlərin də mövzusu bu məsələlərə aiddir. Ailə başçıları həyat yoldaşlarını aldadaraq Suriyaya aparmış, özləri həlak olmuş, ailələri başlı başına müxtəlif düşərgələrdə imdad diləyir, vətənə qayıtmaq istəyirlər. Bəzilərinin orada dünyaya gələn övladları belə tələf olmuşdur. Bu nəticədir. Gələcəkdə belə halların baş verməməsi üçün səbəbləri araşdırmaq lazımdır. Səbəblər isə 90-cı illərin əvvəllərinə gedib çıxır.

SSRİ-i dağıldıqdan sonra, hələ dövlətçilik ənənələri formalaşmamış keçmiş müttəfiq respublikalarda bütün sahələrdə olduğu kimi ideoloji bir boşluq yaranmışdı. 70 il ərzində kommunistlərin ateist siyasəti iflasa uğramış, xalqların öz milli, dini köklərinə qayıdışı prosesi başlamışdı. Belə bir boşluqlardan istifadə edən çoxsaylı, müxtəlif dini konfessiyalara mənsub olan missionerlər çox məharətlə istifadə etməyə başladılar. Biz o zamanlar Bakı şəhərində, respublikanın bir çox rayonlarında, o cümlədən yaşadığım Balakən rayonunda Ərəb ölkələrindən gəlmiş, uzun saqqallı, bizim üçün qeyri-adi geyim tərzlərində olar “din təbliğatçılarına” tez-tez rast gəlirdik. Onlar əsasən gəncləri, uşaqları müxtəlif məscidlərdə, hücrələrdə və evlərdə toplayaraq dini təbliğat aparır, onlara Qurani-Kərimdən dərs keçirdilər. Eyni zamanda yerli dini adət-ənənələrin əsl islam dininə uyğun olmadığı barədə təbliğat aparır və etiraf etmək lazımdır ki, heç bir dini savadı, təhsili olmayan bəzi gəncləri buna inandıra bilmişdilər. Balakən şəhər Cümə məscidinin dini icması üç qrupa parçalanmışdı. Həmin qruplar nəinki bir-birini qəbul etmir, hətta düşmənçilik münasibəti bəsləyirdilər. Əhali arasında daha çox populyar olan cümə namazları qılınarkən bir qrup digər qrupun imamlığını qəbul etmir və nə qədər paradoksal olsa da bir məscidin daxilində eyni namaz üçün üç ayrı-ayrı şəxs imamlıq edirdi. Beləliklə, çox sürətlə beyinlərin yuyulması prosesi gedirdi. 2000-ci illərin əvvəllərində rayonda dini seporatizmin, vəhabiliyin qarşısının alınmasında çox mühüm işlər görüldü. Yeni dini icma formalaşdırıldı, maariflənmə işləri aparıldı, elmi konfranslar keçirildi, tədbirlər planı hazırlandı və demək olar ki, bu sahədə çox böyük nailiyyətlər əldə olundu. Sonralar, bir çox müsəlman ölkələrində, əsasən Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Misirdə, Yəməndə, eyni zamanda qonşu Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarında baş verən müharibələrin, dağıdıcı proseslərin nəticəsini, bütöv xalqların hansı faciələrə düçar olduqlarının şahidi olduq. Bütün bunların kökündə əsl islama zidd olan, islam düşmənlərinin yaratdığı vəhabilik və bir çox digər bölücü təriqətçilik dayanır. Demək olar ki, bütün bu dini təşkilarlar din pərdəsi altında insanları cəhalətə, mövhumata, xürafata, əxlaqsızlığa sürükləyir, dini siyasi alver predmetinə çevirirdilər.

Yeri gəlmişkən geniş kütləyə məlum olmayan çox önəmli bir tarixi faktı diqqətinizə çatdırmaq istərdim.

2001-ci ildə ümummilli lider Heydər Əliyevin yanında dini separatizm və digər məsələlərlə bağlı müşavirə keçirilirdi. Müvafiq strukturların rəhbərlərinin məruzəsindən sonra məlum oldu ki, Respublika ərazisində, müxtəlif çadır düşərgələrində xeyriyyə fondları adı altında çoxsaylı xarici vətəndaşlar dini missionerlik fəaliyyəti ilə məşğuldurlar. Ulu öndər çox böyük uzaqgörənliklə, (baxmayaraq ki, o zaman iqtisadiyyatımız kifayət qədər inkişaf etməmişdi, xeyli maliyyə problemləri var idi) qərara aldı ki, hər hansı ziyanlı dini fəaliyyətlə məşğul olan bütün təşkilatların fəaliyyəti dayandırılsın və qaçqınların, məcburi köçkünlərin təminatı tamamilə Azərbaycan dövləti tərəfindən qarşılansın. Bu qərara əsasən 100-dən yuxarı təşkilatın qanunsuz fəaliyyətinə son qoyuldu. Zaman bu qərarın Azərbaycan üçün nə qədər doğru olduğunu sübut etdi. Müqayisə üçün yuxarıda sadaladığım ölkələrdəki proseslərə bir daha nəzər salmaq yerinə düşər. Bircə dənə normal nümunə göstərmək mümkün deyil ki, bu ölkələrdə vəhabiliyin və digər dini təriqətlərin fəaliyyəti nəticəsində insanlar normal yaşayır, təhsil alır, xoşbəxtdirlər. Mümkün deyil Allaha, peyğəmbərə inam, məhəbbət hər bir insanın qəlbində olmalıdır. Bunu göstəriş və yaxud başqalarını öz təsiri altında saxlamaq, siyasi və digər maraqlarını təmin etmək xatirinə olmamalı, şəxsi nümunə ilə sivil, mədəni, ən yüksək əxlaqi keyfiyyətləri özündə əks etdirən həyat qurmalıyıq. Baş kəsmək, adam öldürmək, azyaşlı qız uşaqlarını zorla ərə vermək, ictimai həyatda özünü təsdiq edə bilməyərək evdə, ailədə, hegemonluq etmək islam əxlaqına zidd şeylərdir. Sağlam dini təbliğ hər bir cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edir. Digər inkişaf etmiş xalqların timsalında yaxşı nümunələr göstərmək olar. Əgər cəmiyyətdə dinin əhəmiyyəti, rolu barədə doğru-düzgün təbliğat aparılsa, inanıram ki, insanlarımız din dəllallarının təsiri altına düşməz, başqa ölkələrə vuruşmağa getməzlər. Nə qədər acınacaqlı olsa da Suriyada müxtəlif silahlı qrupların tərkibində bizim həmvətənlərimiz əks cəbhələrdə bir birlərinə qarşı vuruşmuşlar. Bax bu əsl faciədir. Doğma torpaqlarımız düşmən işğalında olarkən, yad torpaqlar uğrunda vuruşmağın heç bir məntiqi əsası yoxdur. Bunun adı cinayət, terrorçuluğu dəstəkləməkdir. Hər bir valideyn bu haqda düşünməli, övladlarının tərbiyəsi ilə gündəlik və ciddi şəkildə məşğul olmalıdır. Çünki sonrakı peşmançılıq fayda verməz.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
OXŞAR MÖVZULAR