Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyadan qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb



Newscenter.az.26.07.2019. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, ön oturacaqların altında gömrük nəzarətindən gizlədilmiş 3125 ədəd "Belamorkanal" papirosları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş