Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramını uğurla başa vurub



Newscenter.az.6.09.2019. Bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Kənd Təsərrüfatı Nazirliyində təcrübə proqramında iştirak edib.

Newscenter.az xəbər verir ki, bir ay davam edən təcrübə proqramı çərçivəsində ADAU-nun Aqrar İnkişaf Könüllüləri - Nərmin Yusifova, Ruslan Vəliyev, Ağgül Əhmədova, Valeh Əsədov və Orxan Muradzadə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq olaraq Torpaqdan istifadəyə nəzarət, Fermerlər, Assosiasiyalar və Koopertivlərlə iş, İctimaiyyətlə əlaqələr və informasiya təminatı, İnsan resurslarının idarə edilməsi, Bitkiçiliyin təşkili və monitorinqi şöbələrində təcrübə keçiblər.

Təcrübə proqramının əsas məqsədi tələbələri Kənd Təsərrüfatı Nazirliyinin iş prinsipi ilə yaxından tanış etmək, onlara aqrar sahəyə göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat vermək, eləcə də sənədlərin düzgün tərtib edilməsi və göndərilməsi ilə bağlı bacarıqları formalaşdırmaq idi.

Qeyd edək ki, bu proqram tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə aqrar sahədə çalışmaq arzusunda olanlara verilən növbəti dövlət dəstəyinin bariz nümunəsidir.
Xəbəri paylaş