Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmil Həsənli özünü Əli Kərimlinin vəkili qismində görür



Newscenter.az.14.09.2019. Titullarını öndə sıralayacam ki, nə demək istədiyim tam aydın olsun. Deməli, vaxtilə prezidentliyə namizəd olan, Milli Şuranın sədri, tarixçi, alim və ən nəhayət 67 yaşında olan Cəmil Həsənli özünü Əli Kərimlinin vəkili qismində görür, qiymətləndirir. Bir insanın dostunu, yoldaşını müdafiə etməsi normaldı, amma... Amma onu ilahiləşdirməsi, bütləşdirməsi artıq anormallıqdır. Əgər vəkillik etdiyiniz insan belə ciddi və önəmli fiqurdusa, o zaman sizin prezidentliyə namizədliyiniz də, Milli Şuraya sədrliyiniz də, siyasi fəaliyyətiniz də bu oyunda peşkalıqdan o tərəfə deyil. Bu qiymətləndirməni, məndən öncə siz özünüz atdığınız addımlar və etdiyiniz bəyanatlarla təsdiqləyirsiniz. Bu bütləşdirmə, ilahiləşdirmə deyil, bəs nədir?

"Əvəz Zeynallının Ferman Demirkolla müsahibəsinin iki mühüm məqsədini qeyd etmək olar: birincisi, mühüm hadisələr ərəfəsində müxalifəti aşağılamaq, xüsusi ilə xalq cəbhəsi və Əliyev rejiminin başlıca "düşmən" elan etdiyi Əli Kərimlini hədəfə almaq, Xalq Cəbhəsinə qarşı istifadə edilmiş "Nardaran işi" və cəbhəçiləri şiə radikalizminə bağlamaq, "Gülən hizmət imamı" fonunda Əli Kərimlini sünni devrimçiləri ilə iş birliyində suçlamaq, Gözəl Bayramlı və Əfqan Muxtarlının şəxsində Kərimlini Qərbdən maliyyə dəstəyi almaqla konstitusiya qurluşunu zor gücünə devirməkdə günahlandırmaq; Saleh Rüstəmli olayında Kərimlini guya çirkli pulların yuyulmasının ortağı kimi təqdim etmək, indi isə Ferman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında Elçibəyin olmayan məktubunu müzakirəyə çıxarıb Xalq Cəbhəsini 25 il bundan öncənin darbesinə "ortaq" etmək və Əli Kərimliyə qarşı əvvəlcə təbliğat hazırlığı görüb ardınca Zakir Qaralov və Vilayət Eyvazovun birgə "hüquqi" bəyanatı ilə hakimiyyət üçün baş ağrısına çevrilmiş cəbhəçiləri "devrimçi" kimi təhdid etmək".

Diqqət edirsinizmi, Cəmil bəy bir statusunun kiçik bir abzasında neçə dəfə "Əli Kərimli" deyir. Sanki dünya Əli bəyin ətrafında dönür. Düşünürəm ki, bu həm də bir siyasi xadimin öz siyasi fəaliyyətinə verdiyi qiymətdir: Əli Kərimliyə peşkalıq. Bu "fəaliyyət" ona hansı dividentlər gətirir, bu artıq başqa mövzudur...

Jalə Tofiqqızı, Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi
Xəbəri paylaş