Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İtmiş it 4 il sahiblərinin yolunu gözlədi - FOTO - VİDEO



Newscenter.az.14.09.2019. Tailandda yanacaqdoldurma məntəqəsində itmiş it dörd il sahiblərinin yolunu gözləyib.

Bütün bu illər ərzində heyvan həmin ərazidəki yolun kənarında dolaşıb.

Bu barədə Newscenter.az "AsiaOne" portalına istinadən xəbər verir.

Portalın məlumatına görə, sakinlərdən biri evsiz və arıqlamış heyvanı görüb və onu yedirtməyə başlayıb. Qadın itə öz evində sığınacaq verməyə çalışıb, ancaq heyvan hər dəfə sahibini itirdiyi yolun kənarına qayıdıb və sahibini gözləməyə davam edib.

Tailandlılar itə sahibini tapmağa kömək etməyə qərar veriblər və sosial şəbəkələrdə onun fotolarını paylaşıblar. Tezliklə bir ailə onlarla əlaqə saxlayıb və itki haqqında köhnə elanı onlara göndərib.

İtin sahibi bildirib ki, dörd il əvvəl o, həmin ərazidə yaşayan qohumlarına baş çəkməyə gedib. Lakin avtomobilinə yanacaq dolduranda it yoxa çıxıb. Kişi güman edib ki, it nə iləsə maraqlanıb və avtomobilin salonundan tullanıb.

Bu halda qeyd edilir ki, ailə yerli yolları dəfələrlə gəzib, amma heyvanı tapa bilməyib.

Anar Tağıyev
Xəbəri paylaş