Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalanın daha bir kəndinə təbii qaz verildi



Newscenter.az.17.09.2019. Tikinti-quraşdırma işləri başa çatdırılmış Neftçala rayonunun 240 evdən ibarət Astanlı kəndinə bu gün qaz verilib.

Newscenter.az-a “Azəriqaz” İstehsalıat Birliyindən daxil olan məlumata görə, bu ilin dövlət proqramı əsasında icra olunan qaz çəklişi zamanı ümumi uzunluğu 21 139,1 metr olan qaz xətləri çəkilib və qaz sayğacları quraşdırılıb.

Beləliklə, Astanlı kəndi də daxil olmaqla Neftçala rayonunda ümumilikdə 15 643 abonent təbii qazla təmin olunub.

Zaur
Xəbəri paylaş