Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib



Newscenter.az.20.09.2019. Prezident İlham Əliyev Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah N.Cəfərovun 60 yaşı tamam olur. O, 1959-cu ilin sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub.
Xəbəri paylaş