Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik



Newscenter.az.21.09.2019. "Ermənilər İsraildə səfirlik açır deyə, biz də onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik. Odur ki, bəzi ekspertlərimiz, politoloqlarımız media və ya sosial şəbəkə üzərindən hökumətimizə bu kimi olduqca həssas mövzularda öz məsləhətlərini, tövsiyələrini bildirərkən çiy və tələm-tələsik fikirlər səsləndirməsələr yaxşı olar".

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partoyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, hazırki məqamda Təl-Əvivdə və ya Qüdsdə təcili qaydada səfirlik açıb özümüzü Ermənistandan irəli salmağa, erməniləri qabaqlamağa çalışmağımız onsuz da heç nəyi dəyişməyəcək:

"Zənnimcə, biz ilk öncə məsələyə daha dərindən yanaşmağa və hazırki zaman kəsiyində İsraillə Azərbaycan arasında və İsrail-Ermənistan münasibətlərində nələr baş verdiyini, hansı gəlişmələrin və ya dəyişikliklərin cərəyan etdiyini təhlil etməyə, aydınlaşdırmağa çalışmalıyıq. Emosiyalara söykənib, necə deyərlər, isti başla addım atmaq olmaz. Rəsmi İrəvan ənənəvi erməni xislətinə (hiyləgərliyinə, araqarışdıranlığına, avantüristliyinə) əsaslanaraq Azərbaycanla İsrail arasında, İranla İsrail arasında, Rusiya ilə İsrail arasında və nəhayət ərəb ölkələri ilə (Livan, Suriya, Fələstin və s.) İsrail arasında ikibaşlı oyunlar oynamağa çalışır. Bu oyunlar kirli və təhlükəli oyunlardır. Biz Ermənistanın oyunlarına gəlməməliyik. Həmçinin, İsraildəki bəzi burnundan uzağı görməyən, situativ proseslərin diktəsi ilə məsuliyyətsiz açıqlamalar verən deputatlarının, nazirlərinin subyektiv (şəxsi) mövqeyini də ciddiyə almamalıyıq. Çünki onlar da öz oyunlarını oynayırlar".

Partiya sədri hesab edir ki, Azərbaycanı psixoloji və siyasi pressinqə məruz qoymaq istəmələrində də konkret hədəfləri var. Lakin biz məsələyə daha qlobal, geniş planda yanaşmalıyıq:

"İsrail bizim strateji müttəfiqimizdir, bizə ən yaxın dost ölkələrdən biridir. Biz bu ölkə ilə istər iqtisadi, istərsə də hərbi müstəvidə uzunmüddətli oturuşmuş əlaqələrə malikik. Paşinyanın özü kimi hoqqabaz və avantürist nazirlərinin qəbul etdikləri qərar və ya səsləndirdikləri bəyanatlar Azərbaycan-İsrail münasibətlərini korlaya bilməz. Və biz özümüz də ermənilərə belə bir fürsət verməməliyik. Bu aralar çox diqqətli olmalıyıq".

Xosrov
Xəbəri paylaş