Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq



Newscenter.az.21.09.2019. Bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Bakı Nəqliyyat Agentliyi yayıb. Sərnişinlərdən xahiş edirilir ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik.

Anar
Xəbəri paylaş