Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABC Tədris və İnkişaf Mərkəzi fəaliyyətini genişləndirir



Newscenter.az.24.09.2019. Yarandığı gündən aktiv fəaliyyəti və göstərdiyi xidmətlərdəki keyfiyyəti ilə seçilən ABC Tədris və İnkişaf Mərkəzi bu günlərdə yeni filialının açılışını edib. Mərkəzin rəhbəri Leyla Həsənovanın verdiyi məlumata görə, 8-ci mikrorayondakı yeni filial da digər filial kimi aktiv fəaliyyət göstərəcək: “Birinci filialımız 7-ci mikrorayonda açılmışdı. Həmin filialımz 25 mart 2018-ci ildə Bakı sakinlərinin ixtiyarına verildi. İkinci filial isə bu ilin sentyabrında təqdim edildi. Təqdimatla bağlı təşkil etdiyimiz tədbir də maraqla qarşılandı və öncə sosial şəbəkələr vasitəsilə elektron açıqcalar paylanaraq hər kəsi bu açılışa dəvət etmişdik. Bu açıqcalar vasitəsilə də qonaqlar, əməkdaşlıq etdiyimiz təşkilatlar, ictimai sektorun nümayəndələri, eləcə də övladlarını bizə etibar edən hər bir valideyn yeni filialımızla bağlı tədbirə dəvətli idi. Açılış da maraqlı və yaddaqalan oldu. Zülfiyyə xanım və digər bir sıra dəyərli qonaqlarımız isə tədbirimizə rəng qatdılar. Ənənəvi olaraq rəmzi tort kəsdik və müəllimləri qonaqlara təqdim edib görüləcək işlər, gələcək layihə, planlar haqqında danışdıq”.

Newscenter.az-ın xəbərinə görə, Leyla Həsənova qeyd etdi ki, bu ay həmçinin ikinci yaddaqalan tədbir də keçiriblər ki, bu da sırf müəllimlər üçün təşkil edildi: “Yəni bu tədbirimiz ayrı-ayrı sahələri tədris edən müəllimlərimiz üçün psixoloji təlim idi. David Poladovun təlimçiliyi ilə keçən bu təlimin adı isə “Müasir tərbiyə metodları” idi. Qeyd edim ki, bu təlim ABC Tədris və İnkişaf Mərkəzinin 8-ci mikrorayondakı yeni filialında təşkil edildi. Ümumiyyətlə qeyd edim ki, bu cür təlimlərin tez-tez keçirilməsinə ciddi ehtiyac yaranıb. Çünki günümüzdə demək olar ki, bir çox müəllimlərin psixoloji maariflənməyə ehtiyacı var. Bu dövrün tələbidir. Yəni hazırda əksər uşaqlar əvvəlki illərdəki-10 il, 20-il əvvələ nisbətdə fərqli mühitdə və şəraitdə böyüyüb tərbiyə alırlar. Ona görə də, onların tədrisə, dərslərə nələrisə öyrənməyə, müəyyən vərdişlər fərqli yanaşmaları olur. Bu mənada müəllimlərin uşaq psixologiyasını dərindən bilmələri, onlarla dövrün tələblərinə uyğun davranmaları vacib amillərdəndir. Mərkəzimizin keçirdiyi üçüncü tədbir isə bilik yarmarkası idi. Bu tədbiri biz ötən il də sentyabrın birində təşkil etmişdik. Bu il də sentyabrda 8-ci mikrorayondakı filialımızda eyni tədbiri təşkil etdik.

Bunu ənənə halına salmağı planlayırıq. Bilik yarmarkası dedikdə biz valideynləri, ümumilikdə hər kəsi təşkil etdiyimiz təlimlər, tədris etdiyimiz fənlər və ümumilikdə fəaliyyətimiz dairəsində olan bütün işlərimiz barədə tanış edirik. Bu da düşünürəm ki, maraqlı və vacib tədbir sayılır. Çünki burada hansı fənni kimlərin tədris edəcəyi, tədris prosesinin necə olacağı barədə ətraflı məlumatlar verilir, övladlarını bizə etibar etmək istəyənlər və eləcə də özü hər hansı bir xidmətimizdən yararlanmaq istəyən hər kəs gəlib istədiyi sualı verib iş prinsiplərimizlə yaxından tanış oldular. Yarmarkada kitabların satışı ilə məşğul olan təşkilat və digər qurumlar da aktiv iştirak etdilər. Bu ayın ilk yarısı üçün endirimlərimiz də var idi ki, burada da endirim 20 faiz təşkil edirdi. Yəni bu müddət ərzində kim bizim xidmətlərimizdən istifadə etsəydi, onlara endirim ediləcəkdi və bu endirim də 6 ay ərzində həmin şəxslər üçün şamil ediləcəkdi. Bundan əlavə 7-ci mikrorayondakı filialımızdan olan uşaqlarımızın rəqs və digər nağıl qəhrəmanları, “panda şou” göstəriləri də nümayiş etdirildi ki, bu da qonaqlarımız tərəfindən maraqla qarşılanmışdı. Məncə uşaqlar və valideynlər bu tədbirdən də razı qaldılar, xüsusən də dediyimiz 20 faizlik endirim onlar üçün maddi yüklərinin bir qədər azalması demək idi... Həmin gün endirimlərdən yararlanıb xidmətlərimizə yazılanlar da oldu. Qeyd edim ki, həmin yarmarkanı Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosasiyasının sosial məsələlər üzrə komissiyasının üzvü olduğum üçün onlarla birgə təşkil etmişdik. Bu səbəbdən də Gülnarə xanımın işləri çox olmasına baxmayaraq bizə dəstək verib tədbirimizdə aktiv iştirak etdi. Sonda qeyd edim ki, ABC Tədris və İnkişaf Mərkəzi gələcəkdə də valideyn və ümumilikdə hər kəsin maraqlarına cavab verən onlar üçün uyğun yeni kampaniya və tədbirlər, layihələr reallaşdıracaq”.
Xəbəri paylaş