Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlin verdiyi sifariş



Newscenter.az.27.09.2019
. “Nezavisimaya qazeta” erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc etdiyi baş məqalədə Nikol Paşinyanın “Qarabağı satmaq” planları haqda danışır. Bildirilir ki, onun vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı qondarma rejimdə hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir.


"Nevasizimaya qazeta"-nın dərc etdiyi bu məqalədəki məlumatların nə dərəcədə reallığı əks etdirdiyini demək çətindir. Ola bilsin ki, həmin yazının müəllifləri bu yazını sifarişli şəkildə yazıblar. Belə ki, bu yazının erməni ictimaiyyəti arasında yayılması xalqla Paşinyan iqtidarı arasında kəskin qarşıdurma yaradacaqdır. Xüsusilə Paşinyanın Dağlıq Qarabağda öz adamı Mais Mailyanı qondarma rejimin rəhbərliyinə gətirmək istəməsi barədə yazıdakı məlumat diqqətimi çəkdi. Paşinyanın həqiqətən belə bir niyyəti olsa belə bunu etməsi çox çətindir. İlk öncə ona görə ki, Paşinyanın bunu etmək üçün gücü və dövlətdə dayağı yoxdur. Bu xəbər Paşinyanla Qarabağ klanı arasındakı radikal mübarizəni daha da dərinləşdirmək üçün məqsədli şəkildə yazılmış ola bilər.

Məqalədə həmçninin, o da qeyd olunur ki, bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. "2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib", - deyə məqalədə iddia edilir.
Yazıda erməni XİN Zöhrab Mnatsakanyanın 5 milyard dollar qarşılığında 5 rayonu geri qaytaracağı ilə bağlı məlumatı da düzgün hesab etmirəm. Çünki, bu yalnız Xarici İşlər Nazirindən asılı olan bir proses deyil. Bu barədə yazılmasının səbəbi az əvvəldə qeyd etdiyim kimi Paşinyan hökümətindən xalqın narazılığını artırmaqdır.

Müəlliflər bildirirlər ki, ABŞ-ın Ermənistandakı əsas hədəflərindən biri də 102-ci Rusiya hərbi bazasıdır. Və ABŞ bununla bağlı məkrli plan hazırlayıb, həmin plana əsasən Ermənistan-Azərbaycan münaqişəsi yenidən alovlanmalıdır. “Döyüş əməliyyatları başlasa və Rusiya KTMT üzvü kimi müdaxilə etsə Ermənistan rəhbərliyi iddia edə bilər ki, Rusiyanın hərbi iştirakı arzuolunan deyil”,-məqalədə deyilir.
ABŞ-ın Azərbaycanla Ermənistan arasında müharibəni yenidən alovlandırmağa çalışması xəbərin ən diqqət çəkən və önəmli məqamdır. Bu barədə yazıda Ermənistan hökümətinin KTMT-dən imtina edərək bu yolla Rusiyanın mühribəyə müdaxilə etməsini qəbul etməyəcəyinin yazılması yazının sifarişli olduğuna dair şübhəni daha da artırır. Doğrusu, mən ABŞ-ın belə bir planı olduğuna inanmıram. Con Boltonun belə bir fikri var imişsə belə artıq bunu reallaşdırması mümkün deyil.

Kənan Paşayev, politoloq
Xəbəri paylaş