Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib



Newscenter.az.30.09.2019. Sentyabrın 30-da Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Newscenter.az-a DGK-dan bildirilib ki, görüşdə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, müvafiq strukturların rəhbərləri və sahibkarlar iştirak ediblər. Görüşdə gömrük bəyannamələrinin doldurulması, yeniliklər, sənədlərin tərtibatı və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Sahibkarlara göstərilən dövlət dəstəyi münbit biznes mühitinin yaradılmasına, xüsusilə son illərdə həyata keçirilən islahatların, tətbiq edilən güzəştlərin iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına şərait yaradıb.

Daha sonra gömrük sistemində aparılan islahatlar, həmin islahatların sahibkarlıq mühitinin inkişafında rolu, məmur-vətəndaş təmasının minimuma endirilməsi, gömrük bəyyananmələrinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib .

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Zaur
Xəbəri paylaş