Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz xətlərində təmir işləri aparılır



Newscenter.az.23.10.2019. Oktyabrın 23-də 2019-cu ilin tədbirlər planına əsəsən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ilə Şərbablar küçəsinin kəsişməsində yeni çəkilmiş diametri 108 və 89 mm olan orta təzyiqli qaz xətləri mənbəyə birləşdiriləcək.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bununla bağlı olaraq səhər saat 09:00-dan etibarən Şəki şəhərində bir qrup abonentin qaz təchizatında fasilələr olacaq. Şamaxı rayonununda isə Çuxuryurd kəndini qazla təmin edən orta təzyiqli qaz xəttində təmir işləri planlaşdırılır. Bu zaman saat 10:00-dan işlər başa çatanadək rayonunun bir neçə kəndində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Zaur
Xəbəri paylaş