Impera

XƏBƏR LENTİ
12:20Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar12:02Paytaxtda qanunsuz parklanmaya qarşı tədbirlər görülür11:38Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb11:24Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib11:05Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO10:50Müxalifətin korrupsiyası10:16Təhsil müzakirələri davam edir09:40Düşmən ərzində atəşkəs rejimini 20 dəfə pozub09:22Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub09:00Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO20:49Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI19:46Gəncədə yol qəzası: ölən və yaralananlar var - VİDEO18:55Prezident İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib18:23Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb18:00İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri AQTİ-nin laboratoriyaları ilə yaxından tanış olub17:41Qaz xətti bir gündə iki dəfə zədələndi17:12İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq16:34Goranboyun daha bir kəndinə qaz verilib15:29Beyləqan şəhərində tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir15:11Voleybolçu qəzlar arasında birinciliyə start verilib14:53KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib14:43Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb VİDEO14:17Təhsil Nazirliyi tərəfindən 7 nəfərə töhmət verilib14:05Gələn il Azərbaycan və Ermənistan rəhbərləri görüşə bilər13:55Keçən ay Təhsil Nazirliyinə 28 müraciət daxil olub13:34Məktəbdaxili yarışlar başlayıb13:20Təhsil naziri 3 ölkədən olan həmkarı ilə görüşüb13:03“ASAN xidmət”ə 34 milyonuncu müraciət12:41Məktəblilər arasında vətənpərvərlik və mənəvi dəyərlər mövzusunda rəsm -sərgi müsabiqəsi keçirilib12:30“Siyasətdə bütün oyunlar qəbuldur” variantından artıq imtina etmək zamanıdır12:15Hər kəsə öz silahıyla cavab vermək lazımdır12:05Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib11:50Prezident və xanımı Dünya dini liderlərinin II Sammitində iştirak edir11:27Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edəcək11:11“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib10:56AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb10:42Nizami rayonunda məktəb seminarları keçirilir10:33Azərbaycanlı mühacir Fransada saxlanılıb10:00İrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb09:44Almaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHI09:27Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır20:00QHT əməkdaşları Agentliyin idarə heyətinin sədri ilə görüşüblər19:38Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri 4-cü Ticarət Məclisi keçirilib19:00Azərbaycanda vərəmlə bağlı Milli Dialoq keçiriləcək18:30Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib17:48"Azəriqaz"da istehsalat müşavirəsi keçirilib17:13Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib17:00ABŞ nümayəndə heyəti “ASAN xidmət”də16:45Prezident "Azərsu"ya 5 milyon manat ayırdı16:32İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib16:17Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir15:36Dövlət Komitəsində görüş keçirilib15:10Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb14:45Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO14:30Pərvin Kərimzadə: "Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir"14:13Sabah hava necə olacaq?13:56Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək13:27Bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır13:20“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək13:11“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib13:00Qida məhsullarının idxalının elektronlaşmasına start verildi12:51Azərbaycanla Rusiya arasında gəncləri sahəsində saziş imzalanacaq12:40Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib12:22Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub11:45Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu11:35496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb11:17BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib11:02Keçən ay Miqrasiya Xidmətinə 49924 müraciət daxil olub10:55Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilir10:36İki rayon üzrə məktəb seminarları keçirilib10:12Bakı metrosunda qatarların hərəkəti ləngiyib09:32Düşmən atəşkəs rejimini 22 dəfə pozub09:00AVP Avropalı Gürcüstan Partiyası ilə əməkdaşlıq edəcək20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı16:39Metropolitençilər peşə bayramlarını qeyd ediblər “Fəxri metropolitençi” və “İlin maşinisti” mükafatlarının laureatları elan edilib16:16“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib16:00Fizuli Məmmədov: "İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq"15:50Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir15:33Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd edilib15:15“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək14:50Energetika Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək14:37ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır14:12Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib13:50Metropolitençilər Heydər Əliyevin məzarını ziyarət edib13:19Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq12:44Müəllim və valideynlər qəbul edilib12:23Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq12:00Nəsiminin 650 illik yubiley tədbiri keçirilib11:45Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib11:30“Türk Hava Yolları” Çinin Sian şəhərini uçuş xəritəsinə əlavə etdi11:06İrandan gələn yük maşınında külli miqdarda narkotik vasitə və psixotropa maddələr aşkarlanıb10:56“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək10:50“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (269)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Prezident Yevlax və Xaçmazın yeni icra başçılarını qəbul edib

31 Oktyabr 2019, 16:13   


Newscenter.az.31.10.2019. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Siz bu günə qədər icra başçısının müavini vəzifəsində işləmisiniz, müəyyən təcrübə toplamısınız. İndi isə sizə böyük etimad göstərərək Xaçmaz və Yevlax rayonlarına icra başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır və siz bu etimadı doğrultmalısınız.

Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyir. Şəmsəddin Xanbabayev Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş Nazir vəzifəsində işləmişdir. Ondan sonra Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, mən qoymadım. Çünki Şəmsəddin Xanbabayev həm təcrübəli insandır, eyni zamanda, ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi və Heydər Əliyev onu Naxçıvanın Baş Naziri vəzifəsinə təyin etmişdi.

Son illər ərzində Xaçmaz rayonunda abadlıq işləri aparılıbdır, böyük infrastruktur layihələri icra edilibdir. Mənim təşəbbüsümlə modul tipli elektrik stansiyası tikilib, aqroparklar işə başlayıb, həm Bakıdan Xaçmaza qədər, eyni zamanda, kənd yolları çəkilib. Xaçmaz rayonunun çox böyük turizm potensialı var və hesab edirəm ki, gələcəkdə biz bu imkanlardan daha geniş şəkildə istifadə etməliyik. Şimal zonasının turizm imkanları doğrudan da çox genişdir. Bildiyiniz kimi, Qusar rayonunda, MDB məkanında ən yüksək səviyyəli dağ-xizək mərkəzlərindən biri fəaliyyət göstərir – Şahdağ kurortu. O da mənim təşəbbüsümlə yaradılmışdır. İlk dəfə mən o dağlara gələndə orada heç bir yaşayış, heç bir infrastruktur yox idi. Biz yollar çəkdik. Quba və Qusar rayonlarının sərhədində müasir elektrik stansiyası yaradıldı, qazlaşdırma aparıldı, elektrik enerjisi, su təchizatı təmin edildi. Yəni, bir sözlə Qusar rayonunun çox böyük inkişaf layihəsi icra edilmişdir. Bir daha demək istəyirəm ki, Şahdağ kurortu bu gün nəinki MDB-də, dünya miqyasında ən gözəl dağ-xizək kurortlarından biridir.

Xaçmaz rayonunun da özünəməxsus gözəl təbii şəraiti vardır. Təkcə Nabran bölgəsini qeyd etmək kifayətdir. Doğrudan da nadir təbii məkandır. Əlbəttə ki, orada turizm infrastrukturu müasir standartlara cavab verməlidir. Əfsuslar olsun ki, hazırda bu, belə deyil. Mən Xaçmaz rayonuna son səfərim zamanı oradakı turizm imkanları ilə tanış oldum, gördüm ki, indiki Azərbaycanın inkişaf səviyyəsinə uyğun gəlmir. Bir sıra istirahət zonaları çox primitivdir, xidmət səviyyəsi də çox aşağıdır. Ona görə bu məsələyə çox böyük diqqət göstərilməlidir. Dövlət xətti ilə lazımi kömək göstəriləcək. Ancaq yerli icra orqanları da bu sahəyə böyük diqqət göstərməlidirlər. O cümlədən Xaçmaz rayonunun böyük kənd təsərrüfatı potensialı vardır və orada yaradılmış Yalama aqroparkı çox böyük investisiya tutumlu layihədir. Digər sahələr üzrə də işlər düzgün aparılmalıdır. Yerli vətəndaşların müraciətlərini nəzərə alaraq, orada böyük suvarma layihələri icra edildi. Yəni, rayonun çox böyük potensialı var. İnfrastruktura gəldikdə, həm Olimpiya Mərkəzi, eyni zamanda, xəstəxana yaradılmışdır, abadlıq işləri aparılmışdır. Bu işlər davam etdirilməlidir, ancaq müasir səviyyədə, müasir tələblərə uyğun şəkildə.

Yevlax rayonunun da çox böyük potensialı vardır. Orada da böyük infrastruktur layihələri icra edilmişdir. Düzdür, içməli su və kanalizasiya layihələri hələ ki, başlamamışdır. Xaçmaz rayonunda bu layihələr başa çatıb. Bir neçə gün bundan əvvəl “Azərsu” Səhmdar Cəmiyyətinə göstəriş verildi ki, Yevlax rayonunun içməli su və kanalizasiya layihəsinə start verilsin. Hazırda Azərbaycanda cəmi beş şəhərdə bu layihələr başlamayıb. Ancaq müvafiq göstərişlər verilib və bu işlər də davam etdirilməlidir.

Əlbəttə ki, kənd təsərrüfatı sahəsində böyük imkanlar var. Sənaye baxımından çox böyük potensial var. Yəni, icra başçıları bütün bu işlərdə fəal olmalıdırlar. Düzdür, əsas işi dövlət qurumları görür. Yol çəkilişi, elektrik enerjisi təchizatı, qaz təchizatı - bütün bunlar dövlət investisiya proqramı çərçivəsində həll olunan məsələlərdir. Yerli icra orqanları, sadəcə, burada çox fəal olmalıdırlar və bütün bu layihələrin icrası üçün öz səylərini göstərməlidirlər.

Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.

Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.

Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır.

Rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır. Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun. Yəni, rayonlarda həyat daha da dinamik xarakter almalıdır. Əlbəttə ki, rayonlarla böyük şəhərlər arasında fərq var, hər bir ölkədə. Ancaq biz bu fərqi azaltmalıyıq. Rayon yerində elə şərait yaradılmalıdır ki, oradakı vətəndaşlar elə orada yaşasınlar. İş yerləri olmalıdır. İndi dövlət xətti ilə bu proqram icra olunur, o cümlədən ödənişli ictimai işlər yaradılıbdır. Bu il 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb. Ancaq əvvəlki mənzərə necə idi? Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir. Ona görə bu sahədə də tam şəffaflıq təmin edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə siz ən kasıb təbəqəni bu işlərə cəlb etməlisiniz ki, onlar işsiz qalmasın. Mən demək istəyirəm ki, bu ödənişli iş yerlərinin böyük əksəriyyəti bizə lazım deyil. Ancaq biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun və rayonlarda iş axtaran işlə təmin olunsun. Yenə də demək istəyirəm ki, bu işlərdə artıq 40 minə yaxın vətəndaş işləyir və eyni zamanda, onların arasında bağbanlar, binaları təmir edənlər də var. O da bizə lazımdır. Ona görə bu sahəyə çox ciddi diqqət göstərilməlidir və elə etməlisiniz ki, vətəndaşlar sizin fəaliyyətinizdən razı qalsınlar.

İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər. Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir.

Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam.

Gedin işə başlayın və bir daha deyirəm ki, Prezidentin və xalqın yüksək etimadını doğruldun.
OXŞAR MÖVZULAR