Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək



Newscenter.az.31.10.2019. Bu il noyabrın 22-23-də Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.

“Report”un Rusiya bürosu xəbər verir ki, “Roskonqress” fondunun dəstəyi ilə Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə təşkil olunacaq forum dialoq üçün əlverişli platformdur.

Noyabrın 22-də forumun işgüzar hissəsini iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin açacaqlar. Forumun proqramına Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş tərkibdə iclasları, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm, humanitar sahədə regional əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinə dair 4 "dəyirmi masa" daxildir.

Rusiya Prezidentinin müşaviri Anton Kobiakov bu Forumu Rusiya ilə qonşu dövlətlər arasında əlaqələri inkişaf etdirmək üçün həyata keçirilən silsilə tədbirlərdən biri kimi dəyərləndirərək, başlıca məqsədin iki ölkənin hakimiyyət və işgüzar nümayəndələri arasında sərbəst təmas qurmaq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötənilki Forumda iki ölkədən 1000-dən çox rəsmi, ictimai, işgüzar təşkilat, təhsil və elm müəssisələri, KİV iştirak edib, 17 saziş imzalanıb.
Xəbəri paylaş