Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yağış paytaxtdakı svetoforlarda problem yaradıb



Newscenter.az.1.11.2019. Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində svetoforların işində texniki problem yaranıb. Bu barədə məlumat Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən daxil olub. Bildirilib ki, hazırda svetoforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Anar
Xəbəri paylaş