Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəs rejimi 21 dəfə pozulub

Atəşkəs rejimi 21 dəfə pozulub


Newscenter.az.3.11.2019.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xəbəri paylaş