Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AVP Avropalı Gürcüstan Partiyası ilə əməkdaşlıq edəcək



Newscenter.az.13.11.2019. Ana Vətən Partiyasının siyasi məsələlər üzrə sədr müavini Arzuman Abdulkərimov Gürcüstana səfəri çərçivəsində Tbilisidə Gürcüstan parlamentinin keçmiş sədri, Avropalı Gürcüstan Partiyasının lideri David Bakradze ilə görüşüb.

Bu barədə Newscenter.az-a məlumat verən Arzuman Abdulkərimov bildirib ki, görüşdə Ana Vətən Partiyası ilə Avropalı Gürcüstan Partiyasının əməkdaşlığına dair müzakirələr aparılıb. Həmçinin, Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlərin daha da yaxşılaşmsına xidmət edəcək birgə əməkdaşlıq baradə fikir mübadiləsi edilib.

Partiya rəsmisi qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan və Gürcüstan respublikaları arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək.

Xosrov
Xəbəri paylaş