Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədovdan bayram təbriki: "Azərbaycanın müstəqilliyi əbədi, müstəqil Azərbaycan dövləti güclü və firavan olsun”



Newscenter.az.17.11.2019. Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov 17 noyabr-Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Newscenter.az-ın xəbərinə görə, əbrikdə qeyd edilir ki, müstəqil bir milli dövlətin dirçəldilməsi üçün çox vacib və bir-biri ilə əlaqəli iki şərt var. Bunlardan biri xalqın birliyi, digəri milli ruhun yüksəlməsidir. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının vahid bir yumruq şəklində birləşərək respublikanın ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxdığınıdiqqətə çatdıran RAİ prezidenti vurğulayıb ki, həmin gündən etibarən ölkəmiz və xalqımız üçün yeni bir həyat başladı:

“Ona görə də Milli Dirçəliş Günü ilə əlaqəli hadisələr - 17 noyabr tarixindən başlayan hadisələr Azərbaycan tarixində parlaq bir səhifədir. Həmin noyabr günündə Azərbaycan xalqının milli azadlıq hərəkatı başladı, bu, 18 oktyabr 1991-ci ildə müstəqil bir Azərbaycan dövlətinin - müasir Azərbaycan Respublikasının yaradılması ilə başa çatdı”.

Fizuli Məmmədov bildirib ki, 31 il əvvəl, 17 noyabrda Sovet İttifaqının mərkəzi hakimiyyət orqanlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə qarşı ilk məhdudiyyətsiz kütləvi etiraz aksiyası Bakının Lenin meydanında (indiki Azadlıq meydanı) başladı. Bütün çoxmillətli Azərbaycan xalqı doğma respublikanın ərazi bütövlüyünü qorumağa qalxdı:

“Nəticədə bu aksiya tədricən görünməmiş güclü bir siyasi mitinqə çevrildi. Bəzi hesablamalara görə, o günlərdə meydanda yarım milyona yaxın insan toplandı və bu kütləvi etirazların zirvəsində etirazçıların sayı hətta bir milyona çatdı. Bunlar Azərbaycan tarixindəki ən kütləvi etirazlar idi. Lakin Azərbaycan xalqı birlik və bərabərlik, torpaqlarına yönəlmiş təcavüzə qarşı mübarizəsinə mərkəzi hakimiyyət tərəfindən müsbət reaksiyasını görmədi. Rəsmi Moskva Azərbaycan SSR-in Dağlıq Qarabağ muxtar bölgəsindəki erməni separatizmini boğmaq istəmədən Sovet İttifaqının dağılması mexanizmini əsaslı şəkildə işə saldı. Qarabağ münaqişəsindən sonra SSRİ-nin digər respublikalarında güclü separatizm və millətlərarası münaqişələr başladı”.

RAİ prezidenti qeyd edib ki, mübaliğəsiz, Azərbaycanın Milli Dirçəliş Günü, kütləvi milli vətənpərvərlik dalğasında görünən əsl milli bayramdır:

“Azərbaycanlılar üçün 17 noyabr milli ruhun dirçəlişinin və milli azadlıq hərəkatının başlanmasının rəmzidir. Çünki nnəticədə Azərbaycan müstəqil dövlətə çevrilmişdir. Bununla əlaqədar olaraq, öz adımdan və Rusiya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu xalqımızı təbrik edir, hər bir soydaşımıza xoş günlər, firəvan həyat arzulayırasm. Mən doğma Azərbaycana iqtisadi tərəqqi, ərazi bütövlüyünün bərpası, dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsini arzu edirəm. Azərbaycanın müstəqilliyi əbədi, müstəqil Azərbaycan dövləti güclü və firavan olsun”.

Xosrov
Xəbəri paylaş