Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər



Newscenter.az.21.11.2019. Bir qrup hərbi qulluqçu Mingəçevir şəhər Mərkəzi xəstəxanasının Uşaq nevroloji sanatoriyasında və Şəki Qarışıq Tipli uşaq evində olublar. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, uşaq nevroloji sanatoriyasını ziyarət çərçivəsində hərbi qulluqçular xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olan uşaqların problemləri ilə maraqlanıb, onlara sovqatlar təqdim ediblər.

Şəhid Aqşin Abdullayevin valideynlərinin iştirakı ilə Şəki Qarışıq Tipli uşaq evində keçirilən görüşdə isə A.Abdullayevlə eyni gündə doğulmuş uşaqlara ad günü münasibətilə diplom və hədiyyələr təqdim edilib.

Tədbirlər əyləncəli proqramla başa çatıb.

Bu kimi ziyarətlərin gələcəkdə də, xüsusilə əlil uşaqların ad günləri münasibəti ilə təşkil ediləcəyi planlaşdırılır.
Xəbəri paylaş