Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərnişin avtobusu qəzaya uğrayıb



Newscenter.az.21.11.2019. Bu gün səhər saat 07:00 radələrində Qaradağ rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a bildirilib ki, Mercedes markalı qeyri müntəzəm sərnişin avtobusu (10 VR 303 Dövləq Qeydiyyat Nişanlı) 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu (99 XX 176 Dövlət Qeydiyyat Nişanlı) ilə toqquşub. 149 nömrəli marşrut xətti üzrə daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə hadisə Mercedes markalı avtobusun ötmə əməliyyatı yerinə yetirdiyi zaman baş verib. Qəzanın dəqiq hansı səbəbdən baş verməsi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

Anar
Xəbəri paylaş