Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub



Newscenter.az.25.11.2019. Bakıda sərnişin avtobusu yol qəzası törədib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin ərazidə hərəkətdə olan 160 saylı marşrut avtobusu yük maşını ilə toqquşub.

Xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş