Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 2439 nəfər minalardan zərər çəkib



Newscenter.az.26.11.2019. Azərbaycanda rəsmi olaraq 2439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb.

Bu barədə məlumatı Newscenter.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov verib. O, bildirib ki, 2019-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 5 mülki şəxsin minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 1 nəfər həlak olub və 4 nəfər yaralanıb. Hadisələr Tər-tər, Füzuli və Qazax rayonlarının ərazisində baş verib.

Xosrov
Xəbəri paylaş