Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan hər dəfə tarixi mövzularda danışdqca özünü biabır edir



Newscenter.az.28.11.2019. "Njde ilə Molotovu eyniləşdirən ölkə rəhbərindən nə gözləmək olar?". Prezident İlham Əliyevin noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təşkil edilmiş mərasimdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq səsləndirdiyi bu fikir tam da yerinə düşdü”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, İlham Əliyev Paşinyanın savadsızlığını bir cümlədə çox sərrast ifadə etdi:

“Paşinyan hər dəfə tarixi mövzularda danışdqca özünü biabır edir. Ən elementar tarixi faktları ya bilərəkdən ya da bilməyərəkdən təhrif edərək gah məşhur rus dissident yazarı Aleksandr Soljenitsınla, gah da keçmiş Sovetlər İttifaqının Xarici işlər komissarı Vyaçeslav Molotovla eyniləşdirir”.

DADP sədri deyib ki, Paşinyan ən adi utanmaq hissindən də məhrumdur:

“Bu cür həyasız və bisavad tarixi müqayisələr aparmaq üçün doğrudan da məhz erməni olmaq lazımdır”.

Xosrov
Xəbəri paylaş