Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” layihəsi keçirilir



Newscenter.az.3.12.2019. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq!” adlı layihəyə start verilib.

Newscenter.az xəbər verir ki, “Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin sədri, layihə rəhbəri Həsən Həsənlinin verdiyi məlumata görə, layihə çərçivəsində hazırlanan “Ocaq” adlı qısametrajlı filmdə ana və uşaq obrazlarının dilindən “Yanardağ”ın əfsanəsinin söylənilməsi və qum rəssamlığı vasitəsilə canlandırılması nəzərdə tutulub.

Sözügedən əfsanədə zülmətə qərq olmuş insanların qaranlıq qüvvələrlə uzunsürən savaşı və sonda onların bu qəhrəmanlıq yolunda günəş kimi doğan “dağ-alov” ətrafında birləşərək üstünlük qazanmaları xeyir və şər qüvvələrin əbədi mübarizəsi fonunda öz əksini tapıb.
Gənclər Fondunun elan etdiyi 12-ci qrant müsabiqəsi çərçivəsində reallaşan layihənin keçirilməsində əsas məqsəd mədəni irsimizin qorunması, Gənclərimizin tarix-mədəniyyət qoruqlarına, qədim abidələrə olan maraqlarını artırılması, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının ölkə daxilində və beynəlxalq miqyasda təbliği işinə töhfə vermək, bununla da mədəni irsimizin mühafizəsi sahəsində görülən işlərə stimul vermək və gənclər siyasətinə dəstək olmaqdan ibarətdir.

Aydan
Xəbəri paylaş