Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsi keçiriləcək



Newscenter.az.3.12.2019. 4 dekabr 2019-cu il tarixdə saat 15:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və qala-konsertin keçirilməsi nəzərdə tutulub.

Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələrinə kömək göstərilməsi, onlara olan dövlət qayğısının daha da artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır

Qaliblər rəsm, musiqi, rəqs və digər sahələr üzrə mükafatlandırılacaqlar.


Qeyd edək ki, tədbirin proqramına uyğun olaraq 3 dekabr 2019-cu il tarixdə R.Behbudov adına mahnı Teatrında mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti qaliblərin seçim mərhələsini keçirib.
Xəbəri paylaş