Impera

XƏBƏR LENTİ
14:42“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.11:12Ermənilər indi də kətəni erməniləşdirirlər10:48Heydər Əliyev Fondu vaxtaşırı köməyə ehtiyacı olan ölkə vətəndaşlarının müalicəsinə kömək edir10:21Kasiim Soleimani sindromu10:00Dünya İranın cavab aksiyasına hazırlaşır09:21AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə müraciət09:00Vaşinqtonun siyasəti effekt verməyəcək08:08Azərbaycanın Rusiyadakı səfirliyində nə baş verir? - ŞOK VİDEO15:50Bakının 17 qəsəbəsinin daxili yolları təmir edilir15:202020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib15:14Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO14:52Bibiheybət yolu sabah açılacaq14:24Paytaxt məktəblilərindən fərqli təşəbbüs-VIDEO13:51Son bir həftədə 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan 4-ü ölüb13:10Bayram günlərinin hava proqnozu açıqlanıb12:31Prezident Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış oldu11:42Azərbaycan sərhədini pozan Pakistan və Əlcəzair vətəndaşları saxlanılıb11:02Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb10:24Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir10:00TƏBİB-ə yeni mətbuat katibi təyin edildi09:45Bayram günləri marşrut avtobusları saat 1-dək fəaliyyət göstərəcək09:32Atəşkəs rejimi 22 dəfə pozulub09:00Dövlət Komitəsi Füzulidən olan məcburi köçkünün müraciətinə reaksiya verdi14:26"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib14:00ASAN Xidmətdə 26 dövlət qulluqçusu and içdi13:45“Türkiyənin bu addımı böyük gərginlik yaradacaq” – Rus general13:30Azərbaycanın hərbi aviasiya parkı işğalçı ölkə üzərində əzici qüvvəyə malikdir13:00Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdi12:45“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsəndə sakinlərlə görüşüb12:30288 nəfər təhsil işçisi təltif edilib12:00Rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır11:45“Kaspersky” şirkəti azərbaycanlı təqaüdçüləri və onların doğmalarını ayıq-sayıq olmağa çağırır11:30BMU tələbələrindən maraqlı layihə11:00Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Dünya Azərbaycanlılarını Yeni İl münasibətilə təbrik etdi10:45BNA yol nişanları ilə bağlı ittihamlara aydınlıq gətirdi10:30Respublikanın şimal bölgəsində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib10:00Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar bayram günləri işləməyəcək09:45Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib09:30Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq09:00İki yeni marşrut xətti təşkil edilib08:45Voleybolçu qızlarımız Türkiyəyə yola düşüb08:30AQTA-dan spirtli içkilərlə bağlı xəbərdarlıq19:00Nazir müavini: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 430 mindən artıq fermer qeydiyyatdan keçib”18:30AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib18:11Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb17:45Büdcə sistemi ilə bağlı tələbələrlə görüş keçirilib17:41Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb17:19Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib17:10Bakı məktəbliləri “Olimpiya Hərəkatı - 2019” proqramında çıxış edib17:00Bakı metropoliteninin müasir tipli qatarlarını "Metrovaqonmaş-Servis" təmir edəcək16:50Energetika naziri vətəndaşları qəbul edib16:40“Azərsu ” Bakıda yeni layihəyə başlayır16:32Xəzər rayonunda 471 fərdi yaşayış evinə təbii qaz verilib16:27Prezident İlham Əliyev Rusiya Federasiyasında səfərdədir15:38BMU-da müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar və ilk təqdimat15:23Rövşən Rzayev məcburi köçkünləri qəbul edib15:07Agentlik rəhbərliyi vətəndaşları qəbul edib15:03Qərb bölgəsində heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili müzakirə olunub14:24Sabah hava yağmursuz keçəcək14:06Kaspersky” texnoloji mövzulara həsr olunan ilk qısametrajlı film festivalı keçirəcək13:50Vətəndaşlar qəbul edilib12:08Bu il BNA-ya 9084 vətəndaş müraciəti daxil olub11:56“Sofra” restoranının fəaliyyəti məhdudlaşdırıldı11:45Prezident korrupsiyaya yol verən icra başçısını vəzifədən azad edib11:37İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən “CTF 2019” müsabiqəsinin qalibləri müəyyən edilib11:21Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində olub10:51AQTA ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçıları prosesdə fəal iştiraka çağırdı10:33Təhsil işçiləri təltif edilib09:22Atəşkəs rejimi 20 dəfə pozulub16:17Beynəlxalq Miqrasiya Gününü qeyd edilib16:07Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun15:35Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən VII ECO Regional Toxum Ticarəti Konqresində iştirak edib15:19Paytaxtın ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur14:54YAP-da nə baş verir?14:38Orta məktəblər voleybol idman növü üçün lazım olan avadanlıqlarla təmin olunacaq14:08Prezident müşavirə keçirdi13:49Narkotik vasitəni avtomobilin mühərrikxanasında gizlətdi-VİDEO13:39YAP-ın rayon təşkilatının sədri HƏBS OLUNDU13:14Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib12:59“ASAN xidmət”ə 35 milyonuncu müraciət12:31Azərbaycanda icra başçısı HƏBS OLUNDU11:48Keşlə qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək11:00“Azəriqaz” ilin şirkəti seçildi10:52Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında QƏRARI – İZAH10:1711 ay ərzində 267 km uzunluğunda qəsəbədaxili küçə və yol təmir edilib09:39Düşmən 21 dəfə atəşkəsi pozub08:00Paytaxtda sürət həddi endirildi07:02Nümayəndələr Palatası Donald Trampın impiçmentinə səs verib17:38Beynəlxalq idman yarışlarında qazanılan nailiyyətlər17:13“Carlsberg Azerbaijan” və Azərbaycan Dövlət İqtisad Universiteti vergi siyasətinə dair dəyirmi masa keçirdilər16:48“Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışması16:23BMU-da Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri15:36Azərbaycanda aqroekoturizm inkişaf etdirilir15:21“Dövlət idarəçiliyində böyük həcmli məlumatlar (Big Data)” mövzusunda seminar keçirilib15:04Pambıq qəbulu məntəqələrinə bu günədək 295 min tonadək məhsul təhvil verilib14:34AQTA qida məhsullarının idxal prosesi ilə bağlı videoçarx hazırlayıb-VİDEO13:49LG Electronics OLED televizor istehsalında dünya lideridir13:38Azərbaycan hökuməti və BMT-nin yeni proqramı başlayıb13:24Azərbaycanlı şagird dünya olimpiadasının üçüncüsü oldu13:10AAYDA-nın fəhləsi dünya çempionatında birinci oldu
BÜTÜN XƏBƏRLƏR
Ocak 2020 (8)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)

«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 11:30   


Newscenter.az.5.12.2019. Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Dövlət Proqramında 2025-ci ilə qədər yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur. Proqramın tədbirlər planına əsasən, yaxın illərdə baramaçılıq və ipəkçilik sahəsində klaster yanaşmanın tətbiqinin dəstəklənməsi, yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut ipəkqurdu toxumu ilə təmin edəcək toxumçuluq (qren) zavodlarının yaradılmasının dəstəklənməsi nəzərdə tutulub.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Dövlət Proqramına əsasən baramaçılığın yem bazasının genişləndirilməsi, yeni tut (çəkil) bağlarının salınması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından calaq olunmuş yüksək yarpaq çıxımına malik, iqlim şərtlərinə davamlı tinglərin gətirilməsi prosesi həyata keçirilir.

Bu məqsədlə Çin Xalq Respublikasından Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib. Tinglərə Heydər Əliyev Hava Limanında Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilib. Bildirilib ki, tut tingləri müəyyən olunmuş bölgülər üzrə rayonlarda baramaçılıq sahəsində fəaliyyət göstərən fermerlərə pulsuz paylanacaq. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımının keyfiyyətli olması səbəbindən barama qurdundan əldə olunan məhsul da bazar rəqabətinə davamlıdır.

Xatırladaq ki, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilib. 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.

Dövlət başçısının "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli və "İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 6 oktyabr tarixli Sərəncamlarına uyğun olaraq Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilib. Barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın, 4 manat isə emal müəssisəsi tərəfindən verilməsi bu sahəyə marağı daha da artırıb. Hazırda respublikamızın 38 rayonunun əhatə edən 5543 nəfər istehsalçının bu sahədə məşğulluğu təmin edilib. Nəticədə, 2019-cu ildə 641 ton barama istehsalına nail olunub və dövlət büdcəsi hesabına 3 milyon 100 min manat subsidiya ödənilib. Bu il ilk dəfə olaraq Zərdab rayonunda 300 qutu, Tərtər rayonunda isə 50 qutu tut ipəkqurdunun ikinci yemləməsi həyata keçirilib və hər qutu ipəkqurdundan 20 kq olmaqla cəmi 7 min kq yaş barama isrehsal edilərək emal müəssisələrinə təhvil verilib. İpəkçilik üzrə Dövlət Proqramının icrası ilə bağlı 2019-cu il üçün investisiya proqramına uyğun olaraq Zərdab, Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarının hər birində istehsal gücü 200 ton olan barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisinə başlanıb.

Dövlət Proqramına uyğun olaraq yaxın illərdə baramaçılığın güclü inkişafını təmin etmək məqsədilə tut bağlarının sahəsinin artırılması, Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla barama istehsalının həcminin artırılması planlaşdırılır. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz tövhəsini verəcək.

Orxan
OXŞAR MÖVZULAR