Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su Təsərrüfatı işçiləri 1500-dən çox ağac əkiblər



Newscenter.az.5.12.2019
. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi respublikamızda ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş yaşıllaşdırma tədbirlərində fəal iştirak edirlər. Cəmiyyətin idarə və təşkilatları bu il dörd dəfə ağacəkmə aksiyası keçirib və hər dəfə də 4-5 min ədəd ağac əkərək, ekologiyanın yaxşılaşdırılmasına öz töhfələrini veriblər.

Səhmdar Cəmiyyətdən Newscenter.az-a bildirilib ki, dekabrın 5-də cəmiyyətin Bakı şəhərində yerləşən idarə və təşkilatlarının 200-ə yaxın işçisi paytaxtın Zağulba qəsəbəsində növbəti ağacəkmə aksiyasında iştirak ediblər.

Onlar qəsəbədə yerli yaşıllaşdırma təsərrüfatlarından alınmış 1500-dən çox şam və müxtəlif meyvə tingləri əkiblər.

Aksiya çərçivəsində ərazidə abadlıq-təmizlik işləri aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib, suvarma xətləri çəkilib. Melioratorlar əkilmiş ağaclara gələcəkdə də qulluq etməyi, vaxtlı-vaxtında suvarmağı öhdələrinə götürüblər.

Anar
Xəbəri paylaş