Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” ilin şirkəti seçildi



Newscenter.az.19.12.2019. “Caspian European Club”da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “CASPİAN BUSİNESS AWARD - 2019” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi “Müasir istehsalat metodlarının tətbiqinə görə ilin şirkəti” mükafatına layiq görülüb və mükafat Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunub. Göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirən R.Əliyev qeyd edib ki, “Azəriqaz” İB bundan sonra da sahibkarların dostu kimi münasibətlərin daha da möhkəmləndirilməsinə çalışacaq.

Qeyd edək ki, “Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhvəyə görə” Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov da mükafat alıb. Mükafat alanlar sırasında Azərbaycanın digər tanınmış şirkətləri də var.

Zaur
Xəbəri paylaş