Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir



Newscenter.az.30.12.2019. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bu gün bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində Müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək və bayram sovqatları təqdim ediləcək.
Xəbəri paylaş