Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb



Newscenter.az.11.02.2020. Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb.

Newscenter.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb.

Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.
Xəbəri paylaş