Impera

XƏBƏR LENTİ
17:00Uşaqların müsahibə prosesi izlənilib16:28Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb16:16Gündüz İsmayılov: “Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir”16:05Azərbaycanda ilk koronavirus nfeksiyasına yoluxma faktının qeydə alındığı təsdiq edildi15:48BMU-nun daha bir məzunu ABŞ-ın nüfuzlu şirkətində çalışacaq15:19İnam Kərimov Ucarda vətəndaşları qəbul edib15:04Müəllim və valideynlər qəbul edilib14:55“ASAN Həyat” Bahar Festivalı keçiriləcək14:48Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı14:26DGK rəhbərliyi vətəndaşları qəbul edib14:09Voleybolçular üçün festival keçiriləcək14:01“Novruz mühazirələri”nə başlanılır13:42Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar13:28Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib13:11Həftə sonu da hava küləkli olacaq12:54Paytaxtda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssissənin fəaliyyəti məhdudlaşdırılıb12:45Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib12:36"Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı12:24Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib12:11Güclü külək qaz xətlərini zədələyib12:05Prezident Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib12:00Müəllim olmaq istəyənlərin nəzərinə11:51Prezident koronavirusa görə karantinə alındı11:43Coğrafi İnformasiya Sistemləri əsasında hazırlanmış interaktiv elektron torpaq xəritələrinin təqdimatı keçirilib11:36Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də11:32Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib11:25İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib11:20Paytaxt məktəbliinin növbəti beynəlxalq uğuru11:05Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası başlayıb10:58SOCAR prezidenti Gürcüstan və Türkmənistan rəsmiləri ilə görüşüb10:45Keçən il ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat olub10:40“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib10:34Keçən il qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 200 milyon manat vəsait ayrılıb10:01KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi09:56Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlanıb09:38BTQ ilə hərəkət edən yük vaqonlarının sayı artırıla bilər08:29AQTA laboratoriyaları koronavirusla bağlı çağırışlara hazırdır08:00İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı17:21Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi17:11Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO16:54Metronun 3 stansiyasında hərəkət dayandı16:30Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlər üçün yeni imkan16:12Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub15:45Zakir Həsənov Kaspşiklə Qarabağ probleminin həllini müzakirə edib15:34Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı-VİDEO15:28Prezident 3 generalı istefaya göndərib15:13Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır15:10Mübariz Qurbanlı İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb15:00Prezident 3 generalı təltif etdi14:00Hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb13:55“AgroHackathon 2020” müsabiqəsinin başlamasına dair mətbuat konfransı keçirilib13:50Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb13:41Bakıda insanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi13:17AQTA-dan yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələr12:50Keçən il 30 vaqon istismara verilib12:45Prezident İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul edib12:262266 tələbə köçürülməsinə icazə verildi12:13Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında12:02Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anılıb-FOTOLAR11:46Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub11:35Türkiyə vətəndaşı Bakı aeroportunda öldü11:26Dövlət Turizm Agentliyi koronovirusla bağlı tədbirlər görür11:16İbtidai sinif şagirdləri üçün müsabiqə keçirilir10:58Gürcüstanda koronavirusun aşkarlanması ilə bağlı Azərbaycandan rəsmi açıqlama10:45Paytaxtın girişində tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər aparılır10:21Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək10:00Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar sığorta sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb09:15Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00YAP Rəfael Pəsiyevi cəzalandıracaq23:32Holllandiyadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi-FOTOLAR23:00Gürcüstanda koronavirusa yoluxma aşkarlandı22:00Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir21:00BDU-nun 49 yaşlı müəllimi vəfat edib20:00Masallıdakı qətllə bağlı cinayət işi başlanıldı18:51ASAN könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar18:32Xocalı faciəsi ilə bağlı İKT-lab və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib18:26Azərbaycanda 9 il əvvəl törədilən qətlin üstü açıldı18:04Türkiyə Naxçıvanla sərhədi açdı17:48AQTA saxta kərə yağı istehsal edən daha bir müəssisənin fəaliyyətini məhdudlaşdırdı17:45Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı17:41Bakıda zəncirvari qəza-3 nəfər öldü17:10BŞİH mitinqlə bağlı müraciətə cavab verdi16:56Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən istehsal sexlərinin fəaliyyəti məhdudlaşdırılıb16:47Masallıda ailə faciəsi-həyat yoldaşı, qaynı və qaynanasını güllələdi16:39AQTA-da Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib16:10Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA15:53Möhkəm təməl üzərində qurulan sarsılmaz qardaşlığın təntənəsi15:16Məcburi köçkünlərdən “Xocalıya Ədalət” Kampaniyasına dəstək-VIDEO15:00Gənclər “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində təşkil edilən onlayn fəaliyyətlərə dəvət olunur14:50Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub14:15Ombudsman aparatının nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar14:00Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib13:53İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı13:36Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib13:28Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər13:18Sabah 17 dərəcə isti olacaq13:06Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub12:34İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib12:06BNA-da Xocalı qurbanları yad edilib11:50Torpaqla örtülən qaz kəmərləri dayaqlar üzərinə qaldırılır
BÜTÜN XƏBƏRLƏR
Şubat 2020 (574)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

9 fevral seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi

12 Fevral 2020, 14:10   
9 fevral seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi


Newscenter.az.12.02.2020. “Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra etiraf edilməli ilk və başlıca həqiqət bu nəticələrin Prezident İlham Əliyevin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının növbəti parlaq qələbəsinin ifadəsi olmasındadır. İlkin nəticələrə görə partiyamızın namizədləri 72 dairədə səs çoxluğu qazanıb. Bu, 2015-ci ildə keçirilən seçkilərdə partiyanın qazandığı deputat yerlərindən çoxdur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. O, qeyd edib ki, Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etmək hüququnu qazananların 13-ü qadın, 5-i 35 yaşa qədər olanlardır, 24 nəfər ilk dəfə parlament seçkilərində iştirak edib:

“Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi hər şeydən əvvəl Prezident İlham Əliyevin yüksək nüfuzuna, onun həyata keçirdiyi siyasət sayəsində iqtisadiyyatda, xalqın rifahının yaxşılaşdırılmasında, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsində əldə edilən möhtəşəm irəliləyişlərə, sabitlik, əmin-amanlıq və təhlükəsizlik kimi fundamental dəyərlərə, habelə genişmiqyaslı islahatlar konsepsiyasına əsaslanır. Seçkilərdə partiyanın qələbəsi, eyni zamanda Azərbaycanda İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar siyasətini insanların yüksək qiymətləndirməsi kimi də qəbul olunmalıdır. Fürsətdən istifadə edib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin inkişafına verdiyi töhvələrin partiyamızın möhtəşəm qələbəsində xüsusi yerini vurğulamaq istəyirəm”.

Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi əslində xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə, onun siyasətinə dərindən inamının daha bir ifadəsidir:

“Xalqın dəstəyi ilə həmişə qələbələr qazanan Yeni Azərbaycan Partiyasının növbəti uğuru, həmişə olduğu kimi, ilk növbədə xalqın qələbəsi, demokratiyanın təntənəsi, ədalətin zəfəridir. Mən fürsətdən istifadə edərək Milli Məclisin üzvü seçilmək şərəfinə nail olmuş digər partiyaların nümayəndələrini, bitərəf namizədləri də təbrik edirəm. Əminəm ki, onlar seçicilərinin etimadını doğrulda, ölkəmizdə parlament ənənələrinin inkişafına öz töhvələrini verə biləcəklər.

Əli Əhmədov daha sonra qeyd edib:

“Milli Məclisə keçirilən növbədənkənar seçkilərin çox mühüm saydığım digər bir nəticəsini də qeyd etmək istərdim. Prezident İlham Əliyevin siyasətini, ölkədəki inkişafı, sabitliyi və əmin-amanlığı qətiyyətlə dəstəkləyən xalqımız eyni zamanda bütün mütərəqqi dəyişikliklərə qarşı çıxan radikal müxalifətə növbəti dəfə öz qəti və birmənalı münasibətini ifadə etmiş oldu. İctimai dəstəyinin bütünlüklə itirilməsi səbəbindən seçkilərə qatıla bilməyən radikalların köhnə ənənələrinə sadiq qalaraq seçkiləri “boykot” etmək çağırışları biabırçı iflasa uğradı. Bunun iki başlıca nümunəsini göstərmək olar: birincisi və ən əsası insanların səsvermə günü müşaiyyət etdirdiyi fəallıq və Prezidentin siyasətini dəstəklənməsidir. İkincisi isə seçkilərdə rekord sayda, 1300-dən çox namizədin iştirak etməsidir.

Radikalları məyus edən digər bir məqamı da ayrıca vurğulamağa dəyər. Bu da seçkilərə beynəlxalq təşkilatların yüksək marağı, seçki kampaniyasının ayrı-ayrı mərhələlərini və səsvermə prosesini izləmək məqsədi ilə Azərbaycana 900-dək beynəlxalq müşahidəçinin gəlməsidir. Onların mütləq əksəriyyətinin seçkiləri yüksək qiymətləndirməsi, kampaniyanın demokratik prinsiplərə uyğun, açıq rəqabət şəraitində və şəffaf şəklində keçirildiyinə əsas dəlillərdən sayıla bilər. Radikalların gözlədiyinin əksinə olaraq beynəlxalq müşahidəçilərin seçkilər ilə əlaqədar rəyləri onların ölkəmizdə keçirilən seçkilərə ləkə vurmaq planlarını alt-üst etmiş oldu. Əslində bu, radikalların sadəcə məğlubiyyəti deyil, sözün əsl mənasında iflası oldu.

Təəssüf ki, hər vəhclə Azərbaycanın demokratik imicinə kölgə salmağı özlərinin həyat kredosu elan etmiş radikal müxalifət seçkidən sonra da bəd əməllərindən əl çəkmir, aldıqları sifarişlərə uyğun olaraq artıq arxada qalmış seçkilərin “nəticələrinə etiraz” bəhanəsi ilə qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışır. Ancaq əvvəllərdə dəfələrlə olduğu kimi, indi də lənətlənmiş beşinci kolon adını götürmüş radikal müxalifətin bütün səyləri boşa çıxır və çıxacaq. Ona görə ki, əvvəlla ölkədəki inkişafı və sabitliyi yüksək qiymətləndirən xalqımız buna imkan verməz. İkincisi isə, xalqın rəğbətini qazanmaqda qeyri-adi fərasətsizlik göstərən uğursuz radikal müxalifət beşinci kolon kimi də bacarıqsızlığı və qabiliyyətsizliyi ilə seçilir. Bəlkə də bu mənada Azərbaycanın bəxti gətirib.

Siyasi tariximizin artıq bir parçasına çevrilmiş 9 fevral seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi. Bu, xalqın həm rəyi, həm də iradəsidir. Radikal müxalifət hər şeydən əvvəl onun özünə lazım olan həmin həqiqəti nə qədər tez dərk etsə o qədər yaxşıdır.

Sözlərimi müsbət notlarla bitirmək istəyirəm. İki ay davam edən seçki heyacanı artıq arxadadır. İradəsini ifadə edən seçicilər, seçki marafonunun qalibləri rahatlıqla nəfəs alır, təbrikləri qəbul edirlər. Onların sırasında partiyamızın seçki kampaniyasının uğurla başa çatmasına qiymətli töhvə vermiş çoxsaylı könüllüləri ayrıca qeyd etmək, minnətdarlığımı bildirmək istəyirəm. Seçkilərin əsas qalibləri isə, heç şübhəsiz, Azərbaycan xalqı və onun lideri Prezident lham Əliyevdir. Bugünlərdə Türkiyənin, Rusiyanın və digər dövlətlərin başçılarının ünvanladığı təbriklər deyilənlərin birbaşa ifadəsidir”.
OXŞAR MÖVZULAR