Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Formula 1" üzrə Çin Qran-prisi təxirə salındı



Newscenter.az.12.02.2020. Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" üzrə Çin Qran-prisini təxirə salıb.

Newscenter.az qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarış qeyri-müəyyən müddətə təxirə salınıb. FIA yarış iştirakçıları ilə azarkeşlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb. Yarış 17 - 19 apreldə keçirilməli idi.

Qeyd edək ki, daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.
Xəbəri paylaş