Impera

XƏBƏR LENTİ
00:16Fransada COVID-19 infeksiyasından ölənlərin sayı 12 mini keçib23:24Vaqif Abdullayev vaxtı ilə icra başçısı olduğu rayonun şəhid ailələrinə yardım göndərdi-FOTOLAR22:27Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb21:30AŞPA həmməruzəçiləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıblar21:00Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı20:41Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü20:28Cəbhəboyu ərazilərdə yaşayan soydaşlarımıza yardımlar edilib20:17"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal, cəmiyyəti qoru" kampaniyası çərçivəsində növbəti aksiya keçirib-FOTOLAR20:10"Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli hazırki anda qətiyyən yerinə düşmür19:55Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək19:41Dünyada koronavirus qurbanlarının sayı 90 mini ötdü19:26Ötən illər ərzində ölkəmizin regionlarında da böyük quruculuq işləri həyata keçirilib18:35Postpandemiya dövründə yaşadığımız dünya əvvəlki kimi olmayacaq18:00Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir17:30Bakı Nəqliyyat Agentliyi daşıyıcıların sayını 37-yə endirib17:16Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi16:58Bakıda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olundu16:43İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı16:37Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-a çatdı16:30BMT baş katibi: “Bu virusu və onun dağıdıcı fəsadlarını dayandırmaq üçün birlik zamanıdır”16:23Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb16:16ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur16:08Millimizin daha bir voleybolçusu karantindən evə buraxılıb15:52İsmayıllıda yeni xeyriyyə aksiyası başladıldı15:36Dənizdə çalışan neftçilərin növbə dəyişməsinə başlanılıb15:17Mixail Priboçiy “Kaspersky” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru təyin olunub14:55Koronavirusa görə “AzerGold”un ixracı dayandırılıb14:34Avropa İttifaqının bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil14:20Sərnişin daşınması üzrə sıxlıq azalıb14:05Karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib13:53Sabah hava necə olacaq?13:44Yer kürəsinə yaxınlaşan komet parçalanmağa başladı13:29Məhdudiyyətlər deputatların avtomobillərinə şamil edilməyəcək13:16Aralıq dənizində yanan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib13:06Xeyirxahlıq missiyası12:54Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib12:47Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO12:395G ölüm texnologiyasıdırmı?12:18Paytaxtda silahlı şəxs saxlanılıb12:05Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır11:51Əli Əsədov: "Koronavirus sınağından üzüağ çıxacağıq"11:45Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlandı11:37“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşulub-VIDEO11:14Spiker: "Azərbaycan koronavirusla mübarizənin ön sıralarında dayanır"10:55Samux rayonunda 39.5 km-lik yerli əhəmiyyətli yol yenidən qurulur10:32Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatdı10:09“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir09:47Karantini pozduğuna görə 1 445 sürücü inzibati məsuliyyətə cəlb edilib09:35Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdü08:44"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq08:40Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI08:30“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - VİDEO23:41Prezident oğlu koronavirusa yoluxdu23:11TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı22:48Dünyada koronavirus qurbanlarının sayı 79 min nəfəri ötdü22:20Türkiyədə koronavirusdan ölənlərin sayı 800-ü ötdü21:55İqtisadiyyat Nazirliyi: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”21:33Ağdamda ehtiyacı olan ailələrə ərzaq yardımı təqdim edilib.-FOTOLAR20:23AVP sədrinin müavini bir neçə aztəminatlı ailəyə ərzaq tardımı etdi-FOTOLAR-VİDEO20:00Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq19:48Qarabağımızın acı taleyində vaxtilə "iblis" rolunu oynayan Levon Ter-Petrosyan19:31Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil19:20Vaxtı bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadıldı19:08Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin durumu ağırdır18:55Modul tipli xəstəxanaların qurulmasına başlanılıb18:45Ölkəmizdə karantin rejiminə baxmayaraq ictimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır18:40Azərbaycanda koronavirusa yoluxma riski böyük olan ərazilər bunlardır18:36Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var18:30BMU-da dərslərin 86 %-i onlayn formada təşkil edilib18:17Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub18:10Ramin Bayramlı: "Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur"18:05Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 751 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur17:55Keçən ay Azərbaycanda gündəlik 763,9 min barrel neft hasil edib17:44Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb17:40Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək17:36Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3 073 inzibati tədbir görülüb17:33Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb17:20Azərbaycanda 822 nəfər koronavirusa yoluxub17:06Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb16:57Millət vəkili Könül Nurullayeva qanvermə aksiyasına başlayır16:34Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib16:24İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi16:18Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır - VİDEO15:50Dövlət Agentliyinin səlahiyyətləri artırıldı15:44Şamaxıda karantini pozan şəxslər cərimələndi15:38Aztəminatlı ailələrə ərzaq yardımı göstərilib15:29Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu15:15“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir15:03Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu15:00Samuxda 15 subartezian quyusu qazılacaq14:45Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib14:24Karantin rejimində icazə üçün saxta arayış satan jurnalistlər saxlanıldı13:47Sona Əliyeva: "“Dövlətimiz bizim qeydimizə bizdən daha yaxşı qalır”13:29Onlayn yolla narkotik satan şəxs saxlanıldı- VİDEO13:18Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda video-konfrans keçirilib13:14Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır13:00Sabah hava yağışlı olacaq12:40Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı12:32Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
BÜTÜN XƏBƏRLƏR
Nisan 2020 (493)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Azərbaycan və Qazaxıstan prezidentləri görüşdü

14 Fevral 2020, 21:47   


Newscenter.az.14.02.2020.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Qazaxıstan Prezidentini salamlayan Prezident İlham Əliyev deyib:

-Kasım-Jomart Kemeleviç, Sizinlə yenidən görüşməyimə çox şadam. Burada görüşmək, münasibətlərimizin gündəliyini bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Hər şey çox uğurla gedir. Bizim birgə layihələrimiz çoxdur, onlar fəal həyata keçirilir. Buna görə də ümidvarıq ki, 2020-ci il də ölkələrimiz arasında münasibətlər üçün uğurlu olacaq. Biz əmtəə dövriyyəsini artırmağa çox ümid bəsləyirik. Düşünürəm ki, nəqliyyat, energetika, turizm sahələrində yaxşı imkanlar var. Ölkələrimizin vətəndaşları arasında fəal gediş-gəliş var. Bu, ölkələrimizdə turizmin inkişafı üçün çox yaxşı perspektivlər də yaradır.

Əlbəttə, bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək.

Kommunikasiya sahəsində fəal qarşılıqlı fəaliyyəti də qeyd etmək istərdim. Ötən il Xəzərin dibi ilə kabelin çəkilməsinə başlanılıb. Bu, ölkələrimizi daha sıx birləşdirəcək bir layihədir. Yəni, biz ikitərəfli münasibətlərin davamlı inkişafı yolu ilə gedirik. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək.

Prezident Kasım-Jomart Tokayev deyib :

-Hörmətli İlham Heydər oğlu. Sizi burada, Münxendə görməyimə şadam. Elə bu yaxınlarda biz Soçidə görüşmüşük. Bizim çox yaxşı görüşümüz oldu. Sonra biz Aşqabadda MDB Sammitində görüşdük. Dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq. Bu əməkdaşlığın əsasını bizim böyük sələflərimiz Nursultan Abişeviç Nazarbayev və Heydər Əlirza oğlu Əliyev qoyublar. Mən özüm Xarici İşlər naziri olanda müəyyən mənada bu əməkdaşlığın qurulmasında iştirak etmişəm. Fəxr ediləsi uğurlarımız var.

Şəksiz ki, Qazaxıstan Azərbaycanla əməkdaşlığı qiymətləndirir və onu qoruyur. Siz düzgün qeyd etdiniz ki, bizdə istər nəqliyyat, istər kommunikasiyalar, istərsə də ticarət olsun, strateji xarakter daşıyan sahələr var. Biz, mahiyyətcə, Xəzər dənizi vasitəsilə qonşu dövlətlərik. Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, strateji əməkdaşlıqdır. Biz fürsətdən istifadə edərək, indicə səfərlərin qrafikinə, o cümlədən istər Sizin Qazaxıstana səfərlərinizin, istərsə də bizim birinci Prezidentimizin Bakıya səfərlərinin qrafikinə baxdıq. Sizin üçün hər hansı münasib vaxtda Sizi ölkəmizə səfərə dəvət etməyi vacib sayıram. Bizim həqiqətən də müzakirə olunası və həll ediləsi bir çox məsələlərimiz var. Çünki həyat yerində saymır, qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, yeni hüdudlar yaranır ki, onları da biz birgə səylərimizlə aşmalıyıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Dəvətinizi məmnuniyyətlə qəbul edərəm. Mən də Sizi rəsmi səfərə dəvət etmək istərdim.

Söhbət zamanı Qazaxıstan Prezidenti dövlətimizin başçısını ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR MÖVZULAR