Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.17.02.2020.Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 24 fevral 2020-ci il tarixində Şabran şəhərində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, fevralın 25-də ASC sədrinin birinci müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarının sakinləri ilə görüşəcək. Fevralın 28-də isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Xaçmaz rayonunun sakinlərini qəbul edəcək.

Qəbullar Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində, Qusar və Xaçmaz Sukanal Sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
Xəbəri paylaş