Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan səfriliyi qarşısında etiraz aksiyası keçiriləcək



Newscenter.az.19.02.2020. Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində Azərbaycandan kənarda da bir sıra tədbirlər keçiriləcək.

Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın Newscenter.az-a bildirib ki, adıçəkilən ölkələrdə də Xocalı şəhidlərinin xatirəsi yad ediləcək. Bu məqsədlə Hollandiyada bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dərnək sədri deyib ki, bu məqsədlə fevralın 23-də Xocalı şəhidlərini anma proqramı təşkil olunacaq.

Fevralın 26-da isə Niderland Krallığındakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi qərara alınıb. Aksiyada Xocalı soyqırımını törədənlərin cəzalandırılması, onların ədalət mühakiməsinə cəlb edilməsi tələb olunacaq.
Xəbəri paylaş