Impera

XƏBƏR LENTİ
20:09Gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları müzakirə edilib19:32“Azərpoçt” bayram günlərində növbəli iş rejiminə keçəcək19:00Gələn ay bəzi ölkələrə aviareyslər bərpa oluna bilər18:43İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək18:29Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir18:10Karantin rejimi dövründə ərzaq satışı məntəqələrinə nəzarət tədbirləri genişləndirilib17:52MOK- un təşəbbüsü ilə üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub17:40Ceyranbatan su anbarlarında əsaslı yenidənqurma işləri aparılır17:25Milli Olimpiya Komitəsi “OLİMPİYA GÜNÜ” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi17:12Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI17:10Azərbaycanda daha bir tibb işçisi koronavirusdan ölüb17:06Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub16:55YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva İCAPP-ın xüsusi videokonfransında iştirak edib16:43"KOB könüllüləri" sahibkarlara və vətəndaşlara qoruyucu maska və əlcək paylayıb16:36Gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək-VİDEO16:19DSMF-nin əməkdaşı rüşvət alarkən tutuldu16:07Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edib15:48BMU-da İnformasiya təhlükəsizliyi üzrə yüksək ixtisaslı kadrlar hazırlanacaq15:35Ələt azad iqtisadi zonası yaradılıb15:22"Məktəb psixoloqundan tövsiyələr": XXIV videoçarx15:12Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib15:10Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinə fəxr ad verildi15:08Prezident ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsi təltif etdi - SİYAHI15:01Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı14:53Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək14:42Pakistanda sərnişin təyyarəsi qəzaya uğradı, ölənlər var-VİDEO14:26Milli Məclisin sədri Sahibə Qafarova seçicilərin növbəti onlayn qəbulunu keçirib14:16“Signify” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirilib14:08İspaniya Azərbaucanlılari Birliyi etiraz bəyanatı yaydı14:00Türk Dünyası 2020-ci ilin sənədli filmlərini seçir13:55Qaz xəttini bərpa edən “Azəriqaz” əməkdaşlarına mane olublar13:47Sabah güclü külək əsəcək13:33“Fermer Kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib13:25"Bulaq" restoranında karantin qaydalarına xidd fəaliyyət aşkar edildi13:15Bakıda polis əməliyyat keçirdi, saxlanılanlar var12:45Azərbaycanın könüllülər hərəkatının Beynəlxalq Könüllülər Hərəkatına inteqrasiyasının gücləndirilməsi üçün bütün əsaslar mövcuddur12:31Millət vəkilindən sensassiyalı açıqlama-Anti-korrupsiya tədbirlərinin müsbət nəticələrini hiss edənlərdən biri də mənəm12:20Daha bir icra başçısı işdən çıxarıldı12:13ASAN Xidmətin 21 əməkdaşına xəbərdarlıq edilib12:05Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 200 mini ötdü12:00Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub11:46İTV-nin 1 800 dollarlıq avadanlıqları oğurlanaraq 60 manata satıldı11:35“Bibiheybət” yatağında yeni yaşıllıq zolaqları salınır-FOTOLAR11:28Qadın xəbəri olmadan 20 ildir pensiyasının alındığını deyir - VİDEO11:20Qəbələdə qoyun oğruları saxlanıldı11:10Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib11:04Beyləqanda ağır yol qəzası, ölən var10:37Bu yolda hərəkət məhdudlaşdırılır10:20Cəbhəboyu zonada yeni hərbi hissələr tikilir-VIDEO10:08Kaspersky: Dünyadakı işçilərin üçdə biri pandemiya zamanı daha çox işləyib10:00“Baktelecom” “İçərişəhər” qoruğu və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib09:5030 nömrəli marşrut xətti üzrə "BakuBus" avtobusları işləyəcək09:40Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir09:30Millət vəkili seçiciləri üçün onlayn qəbul keçirib-FOTOLAR09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:00“AzerGold” Çovdar yatağının resurslarını 47% artırıb21:11Realmadrid Fondundan idman içtimaiyyətinə dəstək20:17DSX-da keçirilən əməliyyatın videosu yayıldı19:29Baş Prokurorluq Goranboydakı hadisə ilə bağlı açıqlama yaydı18:08Azərbaycanda polietilen torbaların satışı qadağan ediləcək17:54Baş Prokurorluqda daha bir təyinat olub17:43Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin edildi17:11Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu16:43Azərbaycanda temperatur 8-10 dərəcə aşağı enəcək, güclü külək əsəcək16:30Prezident yeni icra başçılarına: “İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam”16:15Baş prokurora daha 2 müavin təyin edildi15:51Rüstəm Usubov vəzifədən azad edildi15:24Məzahir Əfəndiyev: "Vətəndaş dövlətinə güvənir"15:14Ermənistanda hərbçiləri daşıyan avtomobil yanıb, polkovnik ölüb15:08Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar bəyanat yaydı14:30Energetika nazirinin müavini dəyişib14:16Əbülfəs Qarayev işdən çıxarıldı13:30Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub - VİDEO13:20Prezident iki rayona yeni icra başçısı təyin etdi13:00Sabah 36 dərəcə isti olacaq12:40Azərbaycanda sürülərin yaylağa köçü başlayıb12:26Millət vəkilləri Belçika səfiri ilə görüşüblər12:11DOST vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi üçün yeni bir imkandır11:56Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 100 mini ötdü11:41Fermerlərə yazlıq əkinlərinə görə subsidiya ödənişlərinə başlanıb11:35May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi11:20"Azəriqaz" bayram günlərində də müştəri xidmətlərinin göstərilməsini davam etdirəcək11:04"Məktəb psixoloqundan tövsiyələr": XXIII videoçarx10:57Yevlaxda qaraçılar polisə xəsarət yetirib10:39Kəmaləddin Heydərov qəza törətdi və hadisə yerindən uzaqlaşdı-VIDEO10:25Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb10:15“Bakı Taksi Xidməti”nin avtomobillərində koronavirusla bağlı qabaqlayıcı tədbirlər davam etdirilir09:50HHM bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını tutublar - VİDEO09:30Kaspersky, şəffaflıq mərkəzlərinə virtual giriş açır və yeni təlim proqramına başlayır09:12Atəşkəs rejimi 22 dəfə pozulub09:00Orucluq iimmuniteti zəiflətmir22:13“Space”in yayımı daha üç saat dayandırılacaq21:27Koronavirusun dünyaya vurduğu ziyanın miqdarı açıqlandı20:29Türkiyədə koronavirusdan sağalanların sayı 114 minə çatır20:21Ya qəhrəman, ya general, ya da şəhid olacağam-Bir qazinin dəhşətli döyüş hekayəsi19:30Prezident Miqrasiya Məcəlləsində dəyişikliyi təsdiqlədi19:00Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir18:44Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər veriləcək18:28İki rayona yeni prokuror təyin edildi18:15Prezident DTX ilə bağlı fərman imzaladı
BÜTÜN XƏBƏRLƏR
Mayıs 2020 (871)
Nisan 2020 (1438)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Naxçıvan Ali Məclisinə seçilən deputatların adları açıqlandı

22 Fevral 2020, 19:51   


Newscenter.az.22.02.2020. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası muxtar respublikada Ali Məclisə seçkilər üzrə yaradılmış 45 seçki dairəsi üzrə 9 fevral 2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinə dair həmin dairə seçki komissiyalarından daxil olmuş protokolları, onlara əlavə edilmiş sənədlərlə birlikdə yoxlayıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 93.2-ci maddələrinə uyğun olaraq Ali Məclisə seçkilərin ümumi yekunları haqqında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu və müvafiq Qərarını tərtib edərək 17 fevral 2020-ci il tarixdə, dairə və məntəqə seçki komissiyalarının protokolları ilə birlikdə seçkilərin yekunlarının yoxlanılıb təsdiq edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə təqdim ­edib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından "Report"a daxil olan məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 2020-ci il 22 fevral tarixli Qərarına əsasən seçkilərin yekunları, bütövlükdə, təsdiq edildiyindən adları aşağıda qeyd olunan deputatlığa namizədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş hesab olunublar:

1 saylı Sədərək seçki dairəsi üzrə seçicilərin 2664-nün və ya 72,8 faiz səsini toplamış Qasımov Arif Mikayıl oğlu

2 saylı Heydərabad seçki dairəsi üzrə seçicilərin 3143-nün və ya 72,5 faiz səsini toplamış Əliyeva Vüsalə Abazər qızı

3 saylı Maxta seçki dairəsi üzrə seçicilərin 3862-nin və ya 76,3 faiz səsini toplamış Həsənov Nüsrət Firudin oğlu

4 saylı Yengicə seçki dairəsi üzrə seçicilərin 3274-nün və ya 67,2 faiz səsini toplamış Qəribli İsmayıl Cavanşir oğlu

5 saylı Alışar seçki dairəsi üzrə seçicilərin 3039-nun və ya 67,7 faiz səsini toplamış Babayev Əmir Baxşəli oğlu

6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçicilərin 2522-nin və ya 58,7 faiz səsini toplamış İsayev İsa Bünyad oğlu

7 saylı Yuxarı Aralıq seçki dairəsi üzrə seçicilərin 4678-nin və ya 94,6 faiz səsini toplamış Talıbov Vasif Yusif oğlu

8 saylı Düdəngə seçki dairəsi üzrə seçicilərin 3631-nin və ya 76,2 faiz səsini toplamış Vəliyev Musa Məmməd oğlu

9 saylı Mahmudkənd seçki dairəsi üzrə seçicilərin 2938-nin və ya 67,5 faiz səsini toplamış Möhbəliyev Telman Əli oğlu

10 saylı Şərur seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faiz səsini toplamış Zeynalov Azər Yadulla oğlu

11 saylı Həmzəli seçki dairəsi üzrə seçicilərin 3546-nın və ya 85,7 faiz səsini toplamış Məmmədova Yeganə Qurban qızı

12 saylı Yuxarı Daşarx seçki dairəsi üzrə seçicilərin 2425-nin və ya 66,6 faiz səsini toplamış Vəliyeva Günel Fəxrəddin qızı

13 saylı İbadulla seçki dairəsi üzrə seçicilərin 2590-nın və ya 68,5 faiz səsini toplamış Həsənova Turan Vaqif qızı

14 saylı Danyeri seçki dairəsi üzrə seçicilərin 3132-nin və ya 71,9 faiz səsini toplamış Əliyev Asim Yediyar oğlu

15 saylı Qarabağlar seçki dairəsi üzrə seçicilərin 1616-nın və ya 41,6 faiz səsini toplamış Quluyeva Sevda Rüstəm qızı

16 saylı Qıvraq seçki dairəsi üzrə seçicilərin 3497-nin və ya 75,9 faiz səsini toplamış İbrahimov Anar Adil oğlu

17 saylı Çalxanqala seçki dairəsi üzrə seçicilərin 2675-nin və ya 62 faiz səsini toplamış Məmmədov Ehtimad Cəfər oğlu

18 saylı Nehrəm seçki dairəsi üzrə seçicilərin 3615-nin və ya 81,2 faiz səsini toplamış Niftəliyev Hüseyn Əsrafil oğlu

19 saylı Babək qəsəbə seçki dairəsi üzrə seçicilərin 3750-nin və ya 80,4 faiz səsini toplamış Məmmədov İsa Mustafa oğlu

20 saylı Yarımca seçki dairəsi üzrə seçicilərin 3733-nün və ya 74,8 faiz səsini toplamış Allahverdiyeva Həbibə Rəşad qızı

21 saylı Məzrə seçki dairəsi üzrə seçicilərin 3075-nin və ya 61,8 faiz səsini toplamış Həsənova Esmira Həsən qızı

22 saylı Şıxmahmud seçki dairəsi üzrə seçicilərin 3892-nin və ya 74,1 faiz səsini toplamış Məmmədli Turan Bəyməmməd qızı

23 saylı Cəhri seçki dairəsi üzrə seçicilərin 3225-nin və ya 67,8 faiz səsini toplamış Səfərli Hacıfəxrəddin Yəhya oğlu

24 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3681-nin və ya 80,8 faiz səsini toplamış Abbasov Vüqar Zakir oğlu

25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplamış Talıbov Seymur Vasif oğlu

26 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2829-nun və ya 76,3 faiz səsini toplamış Cəfərli Elman Yusif oğlu

27 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2265-nin və ya 63,8 faiz səsini toplamış Rzayeva Yazgül Həsənəli qızı

28 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2482-nin və ya 67,8 faiz səsini toplamış Cəlilzadə Aidə Məhəmməd qızı

29 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2834-nün və ya 71,7 faiz səsini toplamış Allahverdiyeva Aidə Məhərrəm qızı

30 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2586-nın və ya 64,2 faiz səsini toplamış Hacıyev Emin Davud oğlu

31 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3378-nin və ya 81,2 faiz səsini toplamış Məmmədov Nazim Məmməd oğlu

32 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 71,5 faiz səsini toplamış Bababəyli Nazim Səfərəli oğlu

33 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3348-nin və ya 81,7 faiz səsini toplamış Əzimov Behruz Nurəddin oğlu

34 saylı Şahbuz şəhər seçki dairəsi üzrə seçicilərin 2373-nün və ya 74,3 faiz səsini toplamış Məmmədov Rizvan Təmo oğlu

35 saylı Kolanı seçki dairəsi üzrə seçicilərin 2947-nin və ya 75,2 faiz səsini toplamış İsmayılov Cəbi Əziz oğlu

36 saylı Şahbuzkənd seçki dairəsi üzrə seçicilərin 2263-nün və ya 63,1 faiz səsini toplamış Bağırsoylu Hüseyn Qədirulla oğlu

37 saylı Culfa şəhər seçki dairəsi üzrə seçicilərin 3105-nin və ya 72,2 faiz səsini toplamış İbrahimov Qadir Abbas oğlu

38 saylı Yaycı seçki dairəsi üzrə seçicilərin 3102-nin və ya 73,8 faiz səsini toplamış Fərəcov Fərəc Rza oğlu

39 saylı Ərəzin seçki dairəsi üzrə seçicilərin 3296-nın və ya 75,8 faiz səsini toplamış Bağırov Zəbur David oğlu

40 saylı Saltaq seçki dairəsi üzrə seçicilərin 3251-nin və ya 82,3 faiz səsini toplamış Həşimli Hüseyn Məmməd oğlu

41 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2866-nın və ya 83,2 faiz səsini toplamış İsmayılov Ehtibar Şəhrud oğlu

42 saylı Ordubad şəhər seçki dairəsi üzrə seçicilərin 2463-nün və ya 67,4 faiz səsini toplamış Zeynalov Eldar Əhməd oğlu

43 saylı Yuxarı Əylis seçki dairəsi üzrə seçicilərin 2295-nin və ya 65,8 faiz səsini toplamış Cəfərli Əhəd Məmməd oğlu

44 saylı Vənənd seçki dairəsi üzrə seçicilərin 2644-nün və ya 68,3 faiz səsini toplamış Babayev Tofiq Süleyman oğlu

45 saylı Aza seçki dairəsi üzrə seçicilərin 2805-nin və ya 64,9 faiz səsini toplamış İbadov Telman Əsəd oğlu.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarıında bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilib.

Seçkilər təyin edildikdən sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” hazırlanıb təsdiq olunub. Seçki komissiyalarının bütün fəaliyyəti “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa və təsdiq olunmuş Təqvim Planına uyğun təşkil olunub.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 27.1-ci, 32-ci və 33-cü maddələrinə uyğun olaraq muxtar respublikanın ərazisində seçicilərin orta təmsilçilik norması nəzərə alınmaqla dairə və məntəqə seçki komissiyaları təşkil edilmiş və tərkibi müxtəlif siyasi partiyaların və ictimai təşkilatların irəli sürdükləri bitərəf namizədlər ­sırasından formalaşdırılıb.

Seçki komissiyaları müvafiq bina, rabitə vasitələri, texniki avadanlıqlar və lazımi inventarlarla təmin olunaraq, onlara tələb olunan bütün sənədlər, dəftərxana ləvazimatları, əşyalar, təlimat, izah, qaydalar və digər metodiki vasitələr verilib.

Mərkəzi Seçki Komissiyası tərəfindən dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminar-müşavirələr keçirilmiş, hüquqi, metodiki, texniki­-təşkilatı köməklik göstərilmiş, seçici siyahıları, seçki bülletenləri və digər lazım olan sənədlər vaxtında hazırlanıb çatdırılıb.

Ali Məclisə seçkilər üzrə deputatlığa namizədlərin irəli sürülməsi qanuna uyğun keçirilib, Mərkəzi Seçki Komissiyasına bununla bağlı heç bir şikayət daxil olmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə namizədliyini irəli sürmək istəyən 140 nəfər müvafiq seçki komissiyalarına tələb olunan sənədləri təqdim edərək imza vərəqələri götürüb, onlardan hamısı qanunla müəyyən olunmuş müddətdə imza vərəqələrini və onlara əlavə olunan digər sənədləri dairə seçki komissiyalarına təqdim edərək namizədlikləri qeydə alınıb.

Seçki günü səsvermənin gedişi zamanı seçicilərin rahat səs vermələri təmin olunub, vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı nə namizədlər, nə seçkiləri müşahidə edən şəxslər, nə də seçicilər tərəfindən Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil ­olmayıb.

ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar bürosunun uzunmüddətli müşahidəçiləri seçkilərə start veriləndən Naxçıvan Muxtar Respublikasına gəlib, burada olduqları müddətdə muxtar respublikanın bütün ərazisində fəaliyyət göstərən açıq və qapalı məntəqələr, o cümlədən ucqar bölgədə yerləşən seçki məntəqələri ilə tanış olmuş, seçki günü müşahidə aparıblar. Seçki başa çatdıqdan sonra isə əlavə olaraq 1 həftə də Naxçıvanda qalaraq, əhalinin yeni seçilmiş namizədə olan münasibətini və dairə seçki komissiyalarına şikayətlərin daxil olub-olmamasını öyrəniblər.

Seçkilərə üç gün qalmış isə ATƏT-in və MDB Parlament Assambleyasının qısa müddətli müşahidəçiləri, həmçinin siyasi partiyaların Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində müşahidə aparmaq statusu olan müşahidəçiləri demək olar ki, muxtar respublikanın bütün ərazisində səsvermə prosesini izləyiblər.

Qeyd olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin gedişini müşahidə etsələr də, həm Milli Məclisə, həm də Ali Məclisə seçkilər üzrə səsvermə eyni yerdə olduğu üçün onlar Ali Məclisə seçkiləri də müşahidə edib və heç bir nöqsan və ya seçki pozuntusu qeydə almayıblar. Seçkilər başa çatdıqdan sonra Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyaları tərəfindən təqdim olunan protokolların və digər seçki sənədlərinin qəbul olunması seçki qanunvericiliyinə uyğun olaraq fasiləsiz həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası 45 seçki dairəsinin dairə seçki komissiyaları və onların tərkibində təşkil edilən 316 seçki məntəqəsinin məntəqə seçki komissiyaları tərəfindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 89-cu və 90-cı maddələrinə uyğun olaraq tərtib edilmiş səsvermənin nəticələrinin müəyyən edilməsi haqqında protokolları yoxlanıb.

Tərtib olunmuş protokollar seçki komissiyaları üzvlərinin hamısı tərəfindən heç bir xüsusi rəy qeyd olunmadan imzalanıb. Protokolların tam seçki qanunvericiliyinə uyğun tərtib olunması qənaətinə gəlinib. Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən 316 seçki məntəqəsindən səsvermənin nəticələri etibarsız hesab edilib və ya səsvermənin baş tutmadığı seçki məntəqələri olmayıb.

Dairə və məntəqə seçki komissiyalarından Mərkəzi Seçki Komissiyasına daxil olmuş protokollara əsasən seçici siyahılarında qeydə alınıb 271771 (iki yüz yetmiş bir min yeddi yüz yetmiş bir) seçicidən 190669 (yüz doxsan min altı yüz altmış doqquz) nəfəri, yəni 70,16 faizi seçkilərdə iştirak etmiş, seçki qutularında olan seçki bülletenlərinin 187807 (yüz səksən yeddi min səkkiz yüz yeddi) ədədi, yəni 98,5 faizi etibarlı sayılıb, 2862 (iki min səkkiz yüz altmış iki) ədəd və ya 1,5 faiz bülleten etibarsız sayılıb, 81102 (səksən bir min yüz iki) bülleten isə istifadə edilmədiyi üçün ləğv edilib.
OXŞAR MÖVZULAR